Rusiya ilə bağlı mühüm QƏRAR VERİLDİ: bazar gününə qədər...
Kateqoriya məlum deyil
Avropa İttifaqından olan diplomatlar Rusiyadan neft tədarükü üçün maksimum qiyməti 60 dollar/barel səviyyəsində müəyyən etmək qərarına gəliblər.
Sfera.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Müəllif Polşanın Aİ-dəki səfiri və əsas siyasət üzrə danışıqlar aparan Anjey Sadoşa, eləcə də adının açıqlanmasını istəməyən Aİ-nin digər diplomatlarına və rəsmilərinə istinad edir.
Qeyd edilib ki, yeddi sənayeləşmiş ölkə qrupunun hazırladığı siyasət Rusiyanın gəlirlərini məhdudlaşdırmağa yönəlib. Bazar gününə qədər G7-dən rəsmi açıqlamanın gözlənildiyi də bildirilir. (publika.az)






