Uill Smit “Oskar”dakı qalmaqaldan sonra ilk dəfə ailəsi ilə - FOTO
54 yaşlı amerikalı aktyor Uill Smit 2022-ci il “Oskar” mükafatlandırma mərasimindəki qalmaqaldan sonra ailəsi ilə birlikdə ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.
Sfera.az bildirir ki, məşhur ulduz həyat yoldaşı və övladları ilə birlikdə Los-Ancelesdə yeni filmi “Emancipation”un qala gecəsinə qatılıb. Qırmızı xalçada Uill Smit qəhvəyi rəngli üç hissəli kostyum, ağ köynək və qara ayaqqabı ilə çıxıb.
Aktyorun həyat yoldaşı Jada Pinkett Smit böyük ölçülü ağ paltar və çoxsaylı zinət əşyaları ilə fotoqraflara poza verib. Cütlüyün üç övladı ictimaiyyətə görünüb - Trey, Jayden və Willou
Xatırladaq ki, 2022-ci ilin aprelində Will Smith Oskar mərasimi zamanı səhnəyə çıxıb və Jada Pinkett-Smitin saç tökülməsi ilə bağlı uğursuz zarafat etdiyi üçün aparıcı Chris Rocka açıq sillə vurub.
Bundan sonra bir sıra şirkətlər aktyorla əməkdaşlığı dayandırıb, o, Amerika Kino Akademiyasından qovulub və Smit özü müalicə üçün xaricə gedib.
Xatırladaq ki, Uill Smit səs-küylü qalmaqaldan sonra yenidən geniş ekranlara qayıdıb, yeni filminin təqdimatı üçün hazırlıqlara qatılmışdı.
Aysel