İran polisi milli komandanın məğlubiyyətini qeyd edən azarkeşi öldürdü - FOTO/VİDEO

İran polisi milli komandanın məğlubiyyətini qeyd edən azarkeşi öldürdü - FOTO/VİDEO

İranın Bəndər Ənzəli şəhərində polis bir qrup digər yerli sakinlə birlikdə dünya çempionatında ABŞ yığması ilə oyunda milli komandasının məğlubiyyətini qeyd edən 27 yaşlı azarkeş Mehran Səmakı güllələyib.
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, gənc öz avtomobilində olub və başqaları ilə birlikdə siqnal verib. Norveçdə yerləşən İranın insan haqları təşkilatı “IHR”nin məlumatına görə, İran təhlükəsizlik qüvvələrinin üzvləri milli komandanın məğlubiyyətindən sonra iranlı gənci başından birbaşa güllə ilə vurub. Görünür, bu yolla yerli sakin İranda hakimiyyətə və siyasi repressiyalara etiraz edib.

 

Polisin qurbanı olmuş gəncin həmin oyunda çıxış edən millinin yarımmüdafiəçisi Saed Ezatolahinin dostu olduğu məlum olub.
 

Futbolçu özü bu barədə sosial şəbəkədə yazıb.
 

Milli komandanın futbolçusu mərhumla gənclərdən ibarət futbol komandasında çıxışı zamanı çəkilmiş birgə fotosunu “Bir gün maskalar düşəcək, həqiqət üzə çıxacaq” - başlığı ilə paylaşaraq:

 

“Bu, bizim gənclərə layiq deyil. Ölkə buna layiq deyil" -deyib.


Xatırladaq ki, Qətərdəki matçlardan əvvəl dövlət himnini oxumaqdan imtina edən futbolçuların ailələri də buna görə həbs və işgəncə ilə hədələnirlər.

 

Aysel

 


OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrailin iki hərbçisi Livanla sərhəddə ÖLDÜ

“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə or...