Logo

Ərdoğan: "Türkiyə XXI əsrə damğa vurur"

Ərdoğan: "Türkiyə XXI əsrə damğa vurur"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Türkiyə son illərin yüksələn ulduzlarındandır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “6-cı Türk Sərmayə Bazarları Konqresi” adlı tədbirin açılışı münasibətilə ünvanlandığı məktubda qeyd edib.

“Güclü səhiyyə infrastrukturu, istehsal gücü, sürətli toparlanma qabiliyyəti və başqa bir çox üstünlükləri ilə ölkəmiz son illərin yüksələn ulduzlarından biridir. Rusiya-Ukrayna böhranının ilk dövrlərindən uğurla davam etdirdiyimiz balanslı və uzlaşdırıcı siyasətimiz Türkiyənin oyunqurucu rolunu daha da gücləndirib”, - deyə məktubda bildirilib.

Türkiyə Prezidentinin məktubunda həmçinin vurğulanıb ki, xarici investorların ölkə iqtisadiyyatına marağı artmaqdadır: “Bu, Türkiyə diplomatiyasına və iqtisadiyyatına duyulan etibarın təzahürüdür. Türkiyə XXI əsrə damğa vuran uğur hekayələri yazmağa davam edəcək”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR