Logo

Rusiyada qaz, elektrik və suyun qiyməti ARTIRILDI

Rusiyada qaz, elektrik və suyun qiyməti ARTIRILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada qaz, elektrik enerjsii, su və istilik təchizatının qiyməti dekabrın 1-dən artırılıb.

Sfera.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, hökumətin qərarına əsasən, tariflərin indeksləşdirilməsinin maksimal həddi 9%-dən çox olmayacaq.

İqtisadiyyat Nazirliyi indeksləşdirməni sentyabr ayında açıqlamışdı. Növbəti tarif artımının 2024-cü ilin iyulunda olacağı gözlənilir.

Bu, son bir ildə mənzil-kommunal xidmətlərin tariflərinin ikinci artımıdır.

Sonuncu dəfə artım iyul ayında olmuşdu. İyulun 1-dən ölkə üzrə orta hesabla maye qazın qiyməti 4,8 faiz, elektrik enerjisi xidmətlərinin qiyməti 4,6 faiz, isti su və istilik təchizatının qiyməti 4,1 faiz, soyuq suyun qiyməti 4 faiz artırılıb.

Vasif,
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR