Tarixdə hələ də səbəbi izah edilməmiş ən güclü partlayış - Tunquska + FOTOLAR 

Tarixdə hələ də səbəbi izah edilməmiş ən güclü partlayış - Tunquska + FOTOLAR 

30 iyun 1908-ci ildə dünya öz tarixinin ən böyük püskürmələrindən birinə şahid oldu. Səbəbi hələ bilinməyən, ancaq təxminlə fərziyələr verilən bu sirli hadisənin təfərrüatları çox maraqlıdır.

 

Sfera.az Tunquska partlayışı haqqında yazını təqdim edir.

 

Partlayışın Xirosimaya atılan atom bombasından min dəfə güclü olduğu deyilir.

 

Hadisə iyunun 30-da səhər saat 7:00 radələrində Sibirin mərkəzində, Podkamennaya Tunquska çayı yaxınlığında baş verib. Partlayışın şahidləri demək olar ki, Günəş qədər güclü mavi işığı gördüklərini bildiriblər. Sonrakı araşdırmalara görə 15 meqatonluq dinamit partlayışına bərabər olan bu partlayış 80 milyona yaxın ağacı məhv edib və 3000 kvadrat kilometr əraziyə ziyan vurub. Partlayışın yaratdığı şok Avropanın bir çox rəsədxanaları tərəfindən də qeydə alınıb. Partlayış o qədər güclü olub ki, Avropa və Asiyanın bəzi hissələri hadisənin təsirlərini müşahidə edə bilib.

 

Partlayışın yaratdığı atmosfer təzyiqinin dəyişməsi hətta İngiltərədə də hiss olunurdu.

 

 

Bundan əlavə, partlayışın təsiri növbəti bir neçə gün ərzində Asiya və Avropanın bir çox yerlərində gecə səmasının parlamasına səbəb olub. İş o yerə çatıb ki, guya partlayışdan sonrakı günlərdə Çində insanlar hətta gecələr işıqları yandırmadan qəzet oxuya biliblər.

 

Partlayış zamanı bölgədən 60 kilometr uzaqda olan S. Semenov mövzu ilə bağlı bunları deyib: “Mən səhər yeməyi vaxtı evimin eyvanında oturmuşdum, üzü şimala baxırdım. Tunquska yolunun kənarından birdən qulaqbatırıcı bir səs gəldi, səma ikiyə bölündü və meşənin üstündən alov qalxmağa başladı. Göydəki yarıq getdikcə böyüyür, şimalda hər şey yanırdı. İstilik dözülməz həddə çatdı; sanki köynəyim yanırdı. Köynəyimi cırıb atmaq fikrində olanda səmadakı boşluq bağlanmağa başladı, yenə yüksək səs eşitdim və bir neçə metr geriyə uçdum. Həmin an mən özümü itirdim; xoşbəxtlikdən arvadım evdən çıxıb məni içəri apardı. Zədələnmiş evimin içində başımı əllərimin arasına alıb uzanmışam”.

 

Bəs planetimizin indiyə qədər gördüyü ən güclü partlayışlardan biri olan Tunquska hadisəsinin səbəbi nə idi?

 

 

Hadisədən dərhal sonra ərazini araşdırmaq mümkün olmayıb, çünki həm qorxu davam edirdi, həm də partlayışın baş verdiyi yer yaşayış məntəqəsinin olmadığı ucqar yer idi. İlk araşdırmalar hadisədən 19 il sonra rus mineralog Leonid Kulik tərəfindən aparılıb. Kulikin qənaətinə görə, planetimizə böyük bir meteorit düşüb. Üstündən çox vaxt keçməsinə baxmayaraq, partlayış nöqtəsini tapmaqda çətinlik çəkən Kulik və komandası qəti nəticəyə gələ bilməyib və hadisə ilə bağlı müzakirələr uzun müddət davam edib. Partlayışın səbəbi uzun illərdir müzakirə edilir və hadisə bir çox fərqli şəxs və qurumlara aid edilir.

 

Açıqlamalardan biri, dünyanı məhv edəcək qədər böyük meteoritin yaxınlaşması idi, lakin UFO-lar partlayışın təsirini azaldaraq bunun qarşısını alıblar. Üstəlik, bu şəxslər bölgədə araşdırma aparan Rusiya qrupunun kosmos gəmisinin hissələrini tapdığını iddia ediblər. Digər fikirlər isə hadisəyə asteroid və ya kometin səbəb olması idi. Bütün bu proses boyunca sui-qəsd nəzəriyyəçiləri boş durmayıb. Sui-qəsd nəzəriyyələrini sevən bəziləri hadisəyə Teslanın apardığı təcrübənin səbəb olduğunu düşünürdü.

 

Bu insanların fikrincə, Tesla o dövrdə elektrik enerjisini naqilsiz ötürmə yollarını axtararkən hissəcik sürətləndiricisinə bənzər bir texnologiya kəşf edib və bu, işlərin onun gözlədiyi kimi getmədiyi üçün inanılmaz partlayışa səbəb olub.

 

Bugünkü elm adamları isə partlayışa kometin səbəb olması ilə razılaşırlar.

 

 

Yerin yaxınlığından keçən kometadan diametri 30-40 metr olan bir parçanın atmosferə 60.000 km/saat sürətlə daxil olduğu, bir milyon ton ağırlığında və ətrafdakı havanı 28.000 dərəcəyə qədər qızdırdığı düşünülür. Hadisəyə yadplanetlilər, Tesla və ya təbii səbəblər səbəb olub-olmadığını bilmirik, lakin planetimizin böyük bir fəlakətdən sağ çıxdığı bir həqiqətdir…

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...