Logo

Ukrayna Rusiyanın itkilərinin sayını açıqladı

Ukrayna Rusiyanın itkilərinin sayını açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müharibənin birinci günündə Rusiya qoşunlarının itkisinin təxminən 400 nəfər olduğu bildirilir.

Sfera.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib.

Müşavir: "İlkin hesablamalara görə, 400 nəfərə yaxın rus hərbçisi öldürülüb. Birgə Qüvvələr Əməliyyatı zonasında Rusiyanın 7 təyyarəsi, bir neçə helikopteri vurulub. Onlarla hərbçi əsir götürülüb", - deyə Arestoviç vurğulayıb.

Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın hücumu nəticəsində Ukraynanın 137 hərbçisi həlak olub. Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı daha 316 hərbçi yaralanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR