Finlandiyanın baş naziri gündəmdən düşmür - Bu dəfə paylaşımı etirazlara səbəb oldu + FOTOLAR

Finlandiyanın baş naziri gündəmdən düşmür - Bu dəfə paylaşımı etirazlara səbəb oldu + FOTOLAR

Ötən aylarda baş nazir iqamətgahında əyləndiyi görüntülərin ortaya çıxmasından sonra pis vəziyyətdə qalan Finlandiyanın baş naziri Sanna Marin bu qalmaqal səngiməmiş paylaşdığı selfi ilə yenidən gündəm olub.

 

Sfera.az bildirir ki, keçən həftə İslandiyanın paytaxtı Reykyavikə gedən və həmkarı Katrin Jakobsdottir ilə görüşən Marin, başda iqlim dəyişikliyi olmaqla bir çox mövzunu müzakirə etdiklərini açıqlayıb.

 

"Mən bu gün Reykyavikə gedirəm və İslandiyanın baş naziri Katrin Yakobsdottir ilə görüşəcəyəm. Bu, mənim İslandiyaya ilk səfərimdir. Skandinaviya ölkələri kimi bu iki ölkənin ortaq cəhətləri çoxdur. Katrin və mən iqlim, enerji və təhlükəsizliyi müzakirə edəcəyik” - deyə selfie paylaşıb.

 

 

Lakin Marinin bu postu təyyarədə paylaşması və təyyarədə selfi çəkdirməsi iqlim dəyişikliyindən narahat olanların reaksiyasına səbəb olub. Təyyarənin karbon emissiyalarına təsir etdiyini və iqlim dəyişikliyinə təkan verdiyini deyən bəzi istifadəçilər “Təyyarə ilə getmək əvəzinə videokonfrans vasitəsilə uzaqdan edə bilərdiniz”, “İqlimlə mübarizəyə daha çox töhfə verərdiniz”, “oraya təyyarə ilə getmək əvəzinə telefonla danışsaydınız dəyişin” deyə etiraz ediblər

 

 

Xatırladaq ki, son günlər bir həftə ərzində gecə klubunda bir qadın və bir kişi ilə ayrı-ayrılıqda qucaqlaşma görüntüləri mətbuata sızan Marin ofisdə çəkdirdiyi fotoşəkillərlə də gündəm olub. Marinin iki dostunun baş nazirin rəsmi iqamətgahında yarıçılpaq öpüşdüyü fotoların mətbuata sızması ilə ölkədə qarışıqlıq hökm sürüb.

 

 

Baş nazir şəklin Marinin istifadə etdiyi iş otağında çəkildiyi məlum olduqdan sonra üzr istəməyə məcbur olub. Mətbuata sızan görüntü həmçinin Marinin beynəlxalq videokonfranslara qatıldığı və digər Avropa İttifaqı və dünya liderləri ilə tez-tez danışdığı zaman “Finlandiya” yazısı olan kartın masasının üzərində olması ilə diqqət çəkib.

 

36 yaşlı xanım Marin videodan skrinşot çəkilən fotoşəkil “Twitter”də yayılmağa başladıqdan sonra "heç vaxt çəkilməməli idi"-deyə etiraf edərək, üzr istəyib.

 

Dostları ilə səmimi rəqs etdiyini göstərən videoların mətbuata sızmasından sonra da tənqid hədəfinə çevrilən Marinə sərt reaksiyalar daha da artıb.

 

 

Britaniyanın “Daily Mail” qəzeti, Marinin ötən gün rəqs etdiyi qadınlardan birinin ölkənin keçmiş gözəllik kraliçası Sabina Särkkä olduğunu iddia edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR