Logo

Qırğız deputatı sərhəddə itkin düşdü

Qırğız deputatı sərhəddə itkin düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qırğızıstan Respublikasının deputatı Elvira Surabaldiyeva həmkarı Çingiz Aydarbekovun yoxa çıxdığını, deputat Emil Jamqırçiyevin isə Qazaxıstanla sərhəddə Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTDK) əməkdaşları tərəfindən saxlanıldığını bildirib.

Sfera.az xəbər verir ki, onlar ikilikdə dəfn mərasiminə yollanıb. Amma Qazaxıstanla sərhəddə yerləşən “Ak Jol” sərhəd-keçid məntəqəsində məlum olub ki, Jamqırçiyevin çıxışına qadağa qoyulub.

Qadın deputat əlavə edib ki, MTDK tərəfindən saxlanılıb, lakin bir müddət sonra sərbəst buraxılıb.

“Aydarbekov heç yerdə yoxdur, onu tapa bilmirik. Dünəndən bəri əlaqə yoxdur. MTDK susur”, - o, ikinci deputatın taleyi ilə bağlı qeyd edib.

“Sputnik” agentliyinin Qırğızıstan üzrə regional bölməsi yazıb ki, MTDK-nin mətbuat xidmətindən hələlik şərh almaq mümkün deyil.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR