Tarixlə bağlı hər gün bir-birindən maraqlı şeylər qarşımıza çıxır - FOTOLAR

Sfera.az onlardan bəzilərini təqdim edir.
1. 1800-cü illərdə protezlər ölən əsgərlərin dişlərindən hazırlanırdı.
18-ci və 19-cu əsrin əvvəllərində yuxarı təbəqə üçün protezlər çox vacib idi. Üst təbəqənin həddindən artıq şəkər istehlakı və dişləri ağartma üsullarının ağardıcıdan daha zərərli olması çoxlarının dişlərini erkən itirməsinə səbəb olub. Diş protezi istehsalçıları ölü insanların dişlərindən istifadə etməyin ən asan və sərfəli üsulunu tapıblar. Vaterloo döyüş meydanında tapılan minlərlə ölü əsgərin dişlərindən istifadə edilməklə bir çox protezlər hazırlanıb.
2. 1922-ci ildə bütöv bir ailə və onların qulluqçuları öz evlərində müəmmalı şəkildə öldürülmüş vəziyyətdə aşkar edilib. Qatil heç vaxt tapılmayıb.
“Hiterkaifeck Cinayətləri” kimi tanınan hadisədə Qruber ailəsinin üzvləri kazma kimi bir əşya ilə vəhşicəsinə öldürülüb. Günlər sonra müstəntiqlər evə doğru gedən ayaq izlərini tapıb. Lakin evə girənlər evi tərk etməmişdilər. Evdə işləyən keçmiş qulluqçu evin lənətləndiyini və evdə işləyərkən yuxarı mərtəbədən qorxulu səslər gəldiyini deyib. Proqnozlar göstərirdi ki, qatil hamıdan əvvəl evə gəlib və ailə fərqinə varmadan evdə gizlənib. Qatil heç vaxt tapılmayıb.
3. 20-ci əsrdə insan qalıqları dərman hazırlamaq üçün istifadə edilən ümumi material idi.
Qalıqlar çox vaxt isti şokolad kimi sərxoş edə bilən, həb formasına çevrilən toz halına gətirilirdi. İnsanlar mərhumun bədəninin müəyyən hissəsini yeməklə eyni bölgədəki xəstəliklərin sağalacağını düşünürdülər.
4. 15-ci əsrlərdə edam edilən insanların meyitləri bəzən illərlə edam taxtasında asılırdı.
Orta əsrlərdə meyitləri başqalarının bu cinayətləri törətməməsi üçün örnək olmaq üçün illərlə edam taxtasında asılmış vəziyyətdə qoymaq adi hal idi.
5. Drakula obrazı 15-ci əsrdə Transilvaniyada yaşamış real insandan götürülüb.
Orijinal Drakula qurbanlarını vəhşicəsinə öldürən Vlad Tepesdir. Bu adam Drakulanın hekayəsinin prototipidir. Qurbanlarını ağlagəlməz vəhşiliklərlə öldürmüşdür.
6. 1929-cu ildə mağazanın içərisində bir adam öldürülür və qatil qaçır, lakin mağaza içəridən kilidli tapılıb.
30 yaşlı İsidore Fink çamaşırxana kimi işlətdiyi yerin içəridən bağlı olduğu halda atəşə tutulub. Mağazadan heç bir pul oğurlanmayıb, silah kimi heç bir ipucu tapılmayıb. Qapının üstündəki pəncərədə sadəcə kiçik bir çat var idi. Polis bu qırıq pəncərədən içəri girə bilmişdi. İnsanı düşündürən odur ki, qatil bu pəncərədən içəri girə bildisə, niyə çıxarkən qapının kilidini açmayıb?
7. 18 və 19-cu əsrlərdə nəşr olunan kitabların cildlənməsi üçün insan dərisindən istifadə olunurdu.
Antropodermik cildləmə adlanan bu iş, demək olar ki, adi cildləmə ilə eynidir. İnsan dərisi ilə cildlənmiş 10-dan çox kitab məlumdur.
Aynil
Sfera.az