Logo

NATO Baş katibindən Ukraynaya mesaj: “Qapımız açıqdır...”

NATO Baş katibindən Ukraynaya mesaj: “Qapımız açıqdır...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"NATO-nun qapıları Ukrayna üçün açıq qalır".

Sfera.az xəbər verir ki, bunu təşkilatın Baş katibi Yens Stoltenberq NATO-ya üzv ölkələrin  xarici işlər nazirlərinin 29-30 noyabr tarixlərində Buxarestdə keçiriləcək görüşündən əvvəl mətbuat konfransında bildirib.

“NATO-nun qapısı açıqdır və biz bunu təkcə sözdə deyil, həm də əməldə nümayiş etdirdik”, - deyən Stoltenberq təşkilata son illərdə Monteneqro və Şimali Makedoniyanın yeni üzv olduğunu, Finlandiya və İsveçin isə 2022-ci ildə NATO-ya üzv olmağa dəvət edildiyini xatırladıb.

"Beləliklə, biz nümayiş etdirdik ki, NATO-nun qapısı açıqdır və NATO müttəfiqləri və üzvlüklə bağlı qərar qəbul etmək istəyən ölkələrindir. Bu, həm də Ukraynaya mesajdır", - NATO-nun baş katibi deyib.

Bununla yanaşı, Stoltenberq vurğulayıb ki, Ukraynanın Rusiya ilə münaqişədə qalib gəlməsi üçün ona yardım göstərməyə diqqət yetirmək lazımdır.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR