Ermənistan parlamentinin deputatı mandatından İMTİNA ETDİ
Ermənistan parlamentinin deputatı Aram Vardevanyan mandatından imtina edib.
Sfera.az xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında məlumat verib. O, paylaşımında Ermənistanın ikinci prezidenti Robert Köçəryanla birgə hərəkət etməsindən məmnun olduğunu qeyd edib:
"Bilmirəm hansısa deputatın səmərəliliyini ölçmək olarmı, amma ən azından ürəyim rahatdır. Mənə verilən mandatdan ölkənin mənafeyi üçün istifadə etdim, Milli Məclisdə, Konstitusiya Məhkəməsində və ondan kənarda öz biliyimi, səlahiyyətlərimi maksimum dərəcədə istifadə etməyə çalışdım, mitinqlərdə mənə və siyasi komandamıza lazım olan yerdə idim. Bu yolda qazanılan biliklər, soydaşlarımızın problem və qayğılarını gündəmə gətirmək missiyası mənim üçün ən böyük və əvəzsiz həyat təcrübəsidir.
Köçəryan və digər komanda yoldaşlarımızla birlikdə siyasətdə fəal olmaq böyük məsuliyyət və şərəf idi".
Xatırladaq ki, Aram Vardevanyan “Ermənistan” blokunun fraksiyasında deputat mandatını tərk etmək niyyətində olan yeganə deputatdır. Blok onu qərarından geri çəkilməyə inandırmağa çalışsa da, deputatın qətiyyətli olduğu, parlamentdə boğulduğu deyilir.
Əzizə Zeynal