ABŞ İranı “bataqlığa” necə saldı? – Tehran çabalayır, xilas mümkündür?

ABŞ İranı “bataqlığa” necə saldı? – Tehran çabalayır, xilas mümkündür?

ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu  İrandakı aksiyaların və tətillərin genişlənəcəyi barədə məlumat yayıb. Bildirilib ki, dünəndən etibarən ölkə ərazisində genişmiqyaslı tətil, yürüş və mitinqlər keçirilir:

“Mövcud rejim etirazları yatırmaq üçün Kürdüstan əyalətinin bütün şəhər və qəsəbələrinə İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) qoşunlarını yerləşdirib. Etirazçılar üçün risk böyükdür. Çünki onların hansı marşrutdan istifadə edəcəkləri sosial şəbəkələrdə yayılıb”.

 

İnstitut xatırladıb ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan noyabrın 23-də deyib ki, İraq mərkəzi hökuməti İran-İraq sərhədi bölgəsindəki kürd yaraqlılarını tərksilah etmək barədə öhdəlik götürüb:

 

“İran rəhbərliyi İraq hakimiyyətindən İraq Kürdüstanındakı kürd yaraqlılarını tərksilah etməyi və oradan çıxarmağı dəfələrlə tələb edib. İraqın mərkəzi hökumətinin İranın tələblərini təmin edib-etməyəcəyi hələ də bəlli deyil”.

 

Məlumata görə, İranda vətəndaş müharibəsinin qarşısının alınması məqsədilə referendum təklifləri səslənir.

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan siyasi məsələlər üzrə ekspert Kənan Novruzov baş verənlərlə bağlı ABŞ-ın ata biləcəyi adımlardan danışıb:

 

 "Əvvəllər də dediyimiz kimi, İranda etirazların yaxın vaxtda başa çatacağı gözlənilmir. Əksinə, mitinqlər getdikcə genişlənəcək. Böyük ehtimalla, nümayişçilər öz məqsədlərinə çatanadək etiraz dalğasını davam etdirəcəklər. İrandakı xaosun kənardan idarə olunduğu istisna deyil. Belə ehtimal edilir ki, ABŞ və müttəfiqlərinin konkret məqsədləri var. Ola bilsin, İranın zəiflədilməsi, mövcud rejimin devrilməsi Qərbin əsas planlarındandır. Hər halda İran Qərbin əsas rəqiblərindən biridir. Xüsusilə, İranın nüvə silahını zənginləşdirməsi və PUA-larla Rusiyanı dəstəkləməsi ABŞ və müttəfiqlərini qıcıqlandırır. İkinci bir tərəfdən, ABŞ və müttəfiqlərinin 3 əsas rəqibi var: Rusiya, İran və Çin. Qərb Şərqi Avropadakı müharibə ilə Rusiyanı artıq “bataqlığa” çəkib. Bu mənada növbəti hədəfin İran olacağı gözlənilən idi. İrandakı aksiyalar sentyabr ayından bəri davam edir. Mitinqlər kifayət qədər mütəşəkkildir. Əlbəttə, kənar dəstək olmadan bunu bacarmaq mümkünsüz olardı".

 

K.Novruzov İrandakı hadisələrin hansı şəkildə nəticələcəyindən də danışıb:

 

"Bir yandan daxili proseslər, digər yandan isə xarici təyiqlər molla rejiminin işini çətinləşdirir. İraqın İranın tələblərini yerinə yetirəcəyi, qanunsuz silahlı birləşmələri tərksilah edəcəyi inandırıcı görünmür. Qərbin proseslərdə maraqlı olduğunu nəzərə alsaq, deməliyik ki, ABŞ və müttəfiqləri buna icazə verməz. Çünki Qərb məhz həmin silahlı birəşmələrdən istifadə edərək İran üçün “bataqlıq” yaradır.  Beləliklə, İranla İraq arasında gərginliyin daha da artacağı gözlənilir. Referendum barədə ehtimallara gəldikdə isə düşünürəm ki, bu da istisna deyil. Əgər gərginlik bir az da davam edərsə, ölkədə həqiqətən referendum elan edilə bilər. Qərbin istədiyi də elə budur".

 

İnci


OXŞAR XƏBƏRLƏR

Fransada hökumətə qarşı etimadsızlıq səsverməsi uğursuzluqla nəticələnib

Fransada Bayrou hökumətinə ilk etimadsızlıq səsverməsi uğursuzluqla nəticələnib - Maksim Qabrielyan   Fransanın Baş naziri Fransua Bayru hökumətinə sol...

Halitin serial üçün dəyişimi bəyənilmədi -VİDEO

Baş rollarını Halit Ergençlə Mərve Dizdarın paylaşdığı "Kral kaybederse" serialının ilk tanıtım çarxı yayımlanıb.   Sfera.az xəbər ver...

Saxta araq onlarla insanın ölümünə səbəb olub

Türkiyənin İstanbul şəhərində dünən axşam saatlarında saxta araq içilməsi nəticəsində kütləvi zəhərlənmə hadisəsi baş verib. Sfera.az bildirir ki, zəhərlənən...

Bakıda plastik cərrah əməliyyatda canlı yayım açdı - VİDEO

Daha bir cərrah əməliyyat zamanı canlı yayın açaraq prosesi izləyicilərinə nümayiş etdirib.   Sfera.az lent.az-a istinadən bildirir ki, son zamanlard...

Sumqayıtda ağır qəza- 2 ölü, 3 yaralı

Sumqayıtda 2 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadi...

Hindistanda hərbi paradda robot itlər yürüşü ilə tamaşaçıları təəccübləndiriblər - VİDEO

Yanvarın 15-də keçirilən paradda Hindistan ordusu texniki nailiyyətlərini nümayiş etdirib. Parad zamanı Cənub dairəsinin yeni komandiri yeni təyinatı münasibəti...