“Netflix”də izləyə biləcəyiniz bu filmlərlə tarixi yenidən öyrənə bilərsiniz - FOTOLAR 

“Netflix”də izləyə biləcəyiniz bu filmlərlə tarixi yenidən öyrənə bilərsiniz - FOTOLAR 

İkinci Dünya Müharibəsi dünya tarixini dəyişdirən ən mühüm hadisələrdən biridir. 1939-cu ildən 1945-ci ilə qədər 6 il davam edən bu qlobal müharibə Almaniyanın Polşaya hücumu ilə başlayır və bəzi imperiyaların dağılması ilə başa çatır. İllərlə davam edən bu müharibədə baş verənlər bir çox film və sənədli filmin mövzusudur. Əgər İkinci Dünya Müharibəsi hadisələri haqqında filmlərdən və ya sənədli filmlərdən nəsə öyrənmək istəyirsinizsə, Netflix-in İkinci Dünya Müharibəsi filmlərinə baxa bilərsiniz.

 

İkinci Dünya Müharibəsinin ən təsirli hadisələri və bilinməyən tərəflərindən ibarət filmləri izləmək istəyirsinizsə, Sfera.az sizə onların siyahısını təqdim edir.

 

Ümid edirik ki, həm izləməkdən zövq alacaqsınız, həm də kömək üçün status yazıb dostlarınızdan film soruşmağa ehtiyac olmayacaq.

 

1. Hitler's Steel Beast (2016)

 

Adolf Hitlerin İkinci Dünya Müharibəsi zamanı demək olar ki, bütün səyahətlərində istifadə etdiyi qatar haqqında sənədli film. Dövrün şərtlərinə görə heyrətamiz xüsusiyyətlərə malik olan bu qatar mühəndislik möcüzəsi hesab edilir. Qatar zenit silahlarına və o dövrün ən müasir rabitə sisteminə malikdir və 15 vaqondan ibarətdir. Sənədli film tamaşaçını darıxdırmayan səlis povest məlumatlardan ibarətdir.

 

2. Mauthausen Fotoqrafı (2018)

 

Film İspaniya Vətəndaş Müharibəsindən sonra əsasən kommunist olan məhbusların yaşamaq uğrunda mübarizəsini təsvir edir. Avstriyanın Mauthauzen həbs düşərgəsində baş verən qeyri-insani hadisələrdən bəhs edilir. Fotoqraf Francisço Boix nasist əsgərləri tərəfindən əsir götürülərək Mauthauzen konsentrasiya düşərgəsinə göndərilir. Alman və fransız dillərini bilmək və eyni zamanda fotoqraf olmaq ona düşərgə işçiləri ilə bir yerdə olmaq imkanı verir. Filmin çəkilməsinə səbəb olan gerçək fotoşəkillər İkinci Dünya Müharibəsindən sonra qurulan Nürnberq məhkəmələrində nasistlərin cəzalandırılmasına sübut kimi təqdim edilib.

 

3. Müqavimət Bankçısı (2018)

 

Nasist işğalına qarşı müstəqillik uğrunda mübarizə aparan Hollandiyada bankir Walraven van Hall və onun böyük qardaşı müqavimətə maliyyə dəstəyi vermək üçün qeyri-qanuni bank yaradır. Bir müddət sonra bank üzərindən istifadə edilən məbləğlərin artması ilə gizli hadisə diqqət çəkir. Bankir Walraven van Hall tutulur və güllələnir. 11 Qızıl Buzov nominasiyasında olan film 4 Qızıl Buzov mükafatı alır. Qeyd edək ki, bu qədər nominasiya qazanan ilk filmdir.

 

4. Riphagen (2016)

 

Rifagen Amsterdamdakı yeraltı dünyasının məşhur adıdır. Rifagen, İkinci Dünya Müharibəsi zamanı nasistlərin kəşfiyyat idarəsi ilə Hollandiyada yaşayan yəhudilərin tutulmasına kömək edib. Əsas məqsədi gəlir əldə etmək və varlanmaq olan Rifagen əvvəlcə çarəsiz qalan yəhudilərin etibarını qazanır. O, pulları və daş-qaşları toplayır və söz verir ki, müharibə bitənə qədər onları yəhudilərdən saxlayacaq. Daha sonra etibarını qazandığı yəhudilərə xəyanət edir və onları nasistlərə verir. Beləliklə, yəhudilərin malını müsadirə edir. O, həm də yəhudiləri təhdid edir, onları gizlənərək digər yəhudilərə xəyanət etməyə məcbur edir. 1943-cü ilin sonunda Belçika və İsveçrədəki hesabları ilə sərvət qazanır.

 

5. Unbroken (2014)

 

Prodüser və rejissoru Ancelina Coli olan bu film Lui Zamperinin real həyat hekayəsindən bəhs edir. Amerikalı uzun məsafəyə qaçışda atlet Louis Zamperi 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında ölkəsini təmsil edib. O, medal qazanmır, lakin son çıxışı Adolf Hitlerin diqqətini çəkir və Hitler onunla görüşmək istəyir. İkinci Dünya Müharibəsi başlayanda Zamperi könüllü olaraq müharibəyə qoşulur. Sakit okeanda baş verən qəzadan sonra iki dostu ilə birlikdə sağ qalmağı bacarır. Zamperi və dostları 47 günlük həyat mübarizəsindən sonra düşmən tərəflərdən biri olan Yaponiya Hərbi Dəniz Qüvvələri tərəfindən xilas edilir, lakin yaponlar xilas etdikləri bu hərbi əsirlərə işgəncə verməkdən çəkinmirlər.

 

6. Müqavimət (2008)

 

Rejissoru Edvard Zvik həm də filmin ssenari müəllifi və prodüseri olub. Filmin süjeti real hadisə üzərində qurulub. Polşadakı gettolardan sağ çıxan yəhudi Bielski qardaşları Bialowieza meşəsində öldürülən valideynlərinin qisasını alacaqlarını vəd edərək müqavimətə başlayırlar. Onlar meşədə gizlənən digər yəhudi qaçaqları öz nəzarətlərinə götürərək müqaviməti genişləndirirlər. Böyüyən icma meşədə qəsəbə qurur. Meşənin ətrafında yaşayan və bu camaata yemək verən insanlar nasistlər tərəfindən cəzalandırılır. Meşəyə sığınan sovet partizanları ilə qarşılaşan qardaşlardan biri sovet partizanlarına qoşulmağı, digəri isə yəhudilərin başında qalmağı üstün tutur.

 

7. Auschwitz/Auşvits (2018)

 

İkinci Dünya Müharibəsi zamanı nasistlərin Polşada qurduğu Auşvits həbs düşərgəsindəki düşərgənin hesablarını aparan Oskar Qröninqin məhkəməsi haqqında sənədli film.

 

Qröninqin işi həbs düşərgəsinə gətirilən insanların pullarının və qiymətli əşyalarının hesabını aparmaqdır. Film 300.000 insanın ölümünə kömək etməkdə günahlandırılan Qröninqin məhkəməsinin faydalı məqsədi olub-olmaması ilə bağlı müzakirələrə yönəlib. Qröninq 2015-ci ildə qətldə iştirak etdiyinə görə cəmi 4 il həbs cəzasına məhkum edilib.

 

8. Hitler (1977)

 

Ssenarisini alman tarixçisi Yoahim Fest, rejissoru Kristian Herrendoerfer olan film Adolf Hitlerin hakimiyyətə gəlişindən bəhs edir.

 

Hitlerin hakimiyyətə gəlişi araşdırılarkən Almaniyada insanların Hitleri niyə sevdiyi izah edilməyə çalışılır. Adi keçmişi olan Adolf Hitlerin psixologiyası, manipulyasiyası və obraz yaratma bacarığı ilə necə dünya liderinə çevrildiyi araşdırılır. Film yalnız arxiv kadrlarından istifadə edilməklə çəkilmiş sənədli film xüsusiyyətinə malikdir.

 

9. Dunkerk (2017)

 

Filmin ssenari müəllifi və rejissoru Kristofer Nolandır. Söhbət İkinci Dünya Müharibəsi zamanı Britaniya ordusunun 400 min əsgərlə Fransanın Dunkerque sahillərində ilişib qalması və bu əsgərlərin dəniz dəstəyi ilə təxliyyə edilməsindən gedir. Filmdə əsl Dunkerque evakuasiyasında iştirak edən qayıqlar yığılmış və o dövrə uyğun təyyarələrdən istifadə edilmişdir. Tənqidçilər tərəfindən bəyənilən film indiyə qədər çəkilmiş ən yaxşı döyüş filmlərindən biri hesab olunur. Onu Kristofer Nolanın ən yaxşı filmi də adlandırırlar.

 

10. Zolaqlı Pijamalı Oğlan (2008)

 

Rejissoru Mark Herman olan filmdə İkinci Dünya Müharibəsi zamanı Alman hərbi zabiti kimi Polşaya göndərilir. Bu alman əsgərinin oğlu Bruno ilə həbs düşərgəsindəki bir oğlan dost olurlar. İki uşaq arasında yaranan dostluq, Brunonun həqiqəti öyrənəcəyindən qorxan anasını narahat edir, çünki Bruno və ailəsinin evi nasistlər tərəfindən bir milyon yarım yəhudinin öldürüldüyü Osvensim həbs düşərgəsinin qonşuluğunda yerləşir.

 

11. Inglourious Basterds (2009)

 

Quentin Tarantino tərəfindən yazılan və rejissorluq etdiyi film 8 Akademiya Mükafatı nominasiyası və Ən Yaxşı Film də daxil olmaqla bir çox nominasiya və mükafat alıb. Nasistlərin işğalı altında olan Fransada ABŞ yəhudi əsgərləri yüksək səviyyəli nasistlərə qarşı sui-qəsd planı hazırlayırlar. Eyni zamanda, gənc qız illər əvvəl yaşadıqlarının qisasını almağa çalışır, lakin ABŞ əsgərlərinin bundan xəbəri yoxdur.

 

Filmdə Bred Pitt, Diane Kruger, Christoph Waltz, Til Schweiger və Samuel L. Jackson kimi aktyorlar çəkilib.

 

Alman aktyor Til Şvayger o vaxta qədər ona gələn nasist filmlərində çəkilməkdən imtina etməsi ilə məşhurdur. O deyir ki, “Inglourious Gang” filmindəki rolu qəbul etməsinin yeganə səbəbi onun canlandırdığı personajın nasistləri öldürməsi olub.

 

12. Pianoçu (2002)

 

“Pianoçu” rejissor Roman Polanskinin tammetrajlı bioqrafik döyüş filmidir. Film 1930-cu illərdə Polşada uğurlu pianoçu və bəstəkar olan yəhudi əsilli Wladek Szpilmanın tərcümeyi-halına əsaslanır. Szpilmanın Whermarcht zabitinin köməyi sayəsində necə sağ qaldığını izah edir. Namizəd olduğu dörd kateqoriyadan Ən Yaxşı Rejissor, Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari və Ən Yaxşı Aktyor nominasiyalarında üç mükafat qazanan və “Qızıl Palma budağı” qazanan bu film Fransa və Polşada müzakirələrə səbəb olan bəzi mənfi rəylər də alıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...