Moldovanın 90%-i işıqsız qalıb - Kişinyov Rusiya səfirinə ZƏNG ETDİ

Moldovanın 90%-i işıqsız qalıb - Kişinyov Rusiya səfirinə ZƏNG ETDİ

Rusiyanın Ukraynaya kütləvi raket hücumları təkcə Ukrayna deyil, həm də qonşu Moldovaya da təsirsiz ötüşməyib.

 

Sfera.az bildirir ki, ötən gün Ukraynada yaşayış binalarının atəşə tutulması nəticəsində Moldovanın 90%-i işıqsız qalıb. Bu barədə Moldovanın xarici işlər naziri Niku Popesku BBC-yə verdiyi müsahibədə məlumat verib.

 

Onun sözlərinə görə, elektrik enerjisinin kəsilməsi həyatın bütün sahələrinə təsir edib: işıqforlar, trolleybuslar işləmir, su yoxdur.

 

"Biz ənənəvi olaraq Ukrayna və Rumıniyadan elektrik enerjisi idxal edirik. Son ay yarımda fasilələr olub, lakin bu gün işıqların kəsilməsi daha pisdir"- deyə o bildirib.

 

Moldova Xarici İşlər naziri həmçinin qeyd edib ki, Rusiya qəsdən bu qədər böyük ziyan vurur. Bütün bunlar ölkədə humanitar böhrana gətirib çıxara bilər ki, bu da bütün Avropaya təsir edəcək. "Bizə elektrik lazımdır. Bizə qaz lazımdır. Bu, çox təhlükəli vəziyyətdir. Moldovalılar Aİ-yə getməyə cəhd edə bilərlər. Ola bilsin ki, bütün Avropanın hiss edəcəyi humanitar böhranla üzləşirik" - deyə Popesku əlavə edib.

 

Diplomat həmçinin bildirib ki, hadisədən sonra Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirini izahat üçün çağırıb.

 

Kişinyov susuz qala bilər

 

Paytaxt meri İon Ceban yüksək enerji qiymətləri və borclar səbəbindən şəhərin susuz qala biləcəyini qeyd edib. Onun sözlərinə görə, qışda su təchizatı və kanalizasiyanın qısa müddətə kəsilməsi belə Kişinyov üçün fəlakət olacaq.

 

Xatırladaq ki, ötən gün Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrindən sonra Moldova işıqsız qalıb. Yerli jurnalistlər Kişinyovda trolleybusların dayandığını və şəhərin tıxacda qaldığını bildiriblər. Bundan əlavə, mobil rabitə və su təchizatında problemlər yaranıb. Moldova prezidenti Maia Sandu bildirib ki, Kreml rejiminə etibar etmək olmaz.

 

Kritik vəziyyətlə əlaqədar Rumıniyadan elektrik enerjisi tranzitinin avtomatik işləməsi quraşdırılıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...