Air Berlin min nəfəri işdən çıxaracaq

Air Berlin min nəfəri işdən çıxaracaq

 

Almaniyanın ikinci böyük aviaşirkəti Air Berlin kiçilmə yoluna gedir.

 

Süddeutsche Zeitung (SZ) qəzetinin xəbərinə görə yenidənqurma çərçivəsində donanmasında olan təyyarə sayını yarıya endirməyi planlaşdırdığı qeyd olunan Air Berlinin min əməkdaşı ilə də yollarını ayıracağı qeyd edilib. Air Berlin 8 min 600 həmkarından təxminən min nəfərini işdən çıxaracaq.

 

 

TUİ VƏ LUFTHANSA İLƏ GÖRÜŞÜR

 

 

İqtisadi baxımdan çətin günlər keçirən Air Berlinin böhrandan xilas olmaq məqsədilə tur operatoru TUİ və Alman aviaşirkəti Lufthansa ilə danışıqlar apardığı bildirilib. Şirkətin 40-a qədər təyyarəsini lufthansanın filialı Eurowingsə icarəyə götürəcəyi bildirilir. Süddeutsche Zeitung, TUİ və Lufthansa ilə aparılan danışıqların müsbət nəticələnməsi halında Air Berlinin təyyarə sayını yarıya endirərək 70 təyyarə səfərlərini davam etdirəcəyini yazıb. Kiçilmə səbəbindən pilot və yer personalının da azaldılacağı qeyd edilib.

 

 

Xəbərə görə, 2006-ci ildə birjaya açılan Air Berlin o tarixdən bəri yalnız bir dəfə xeyir qazanarkən, şirkət son üç il ərzində 1.2 milyard Avro zərər edib. Air Berlinin çətinə düşməsində artan rəqabət qədər, istehsalı ilan hekayəsinə dönən və bir neçə dəfə təxirə salınan Berlin Hava Limanının (BƏR) başa çatmamasının da təsirli olduğu bildirilir.

 
 
 
Aytac
 
 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.




OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrailin iki hərbçisi Livanla sərhəddə ÖLDÜ

“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə or...