Logo

Məşhur cani və diktatorların ən çox sevdikləri filmlər MƏLUM OLDU - FOTO

Məşhur cani və diktatorların ən çox sevdikləri filmlər MƏLUM OLDU - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya prezidenti Vladimir Putinin sevimli filmi haqqında heç düşünmüsünüz? Yaxud məşhur terrorçu Bin Laden hansı filmlərdən zövq alırdı?

Əgər maraqlıdırsa, Sfera.az sizə məşhur insanların sevimli filmlərini təqdim edir.

1. Adolf Hitler - Küləklə keçdi (1939)

Məşhur cani və diktatorların ən çox sevdikləri filmlər MƏLUM OLDU - FOTO

Corciya plantasiyasının sahibinin manipulyasiya edən qızı Amerika Vətəndaş Müharibəsi və Yenidənqurma zamanı üsyankar bir kişi ilə alovlu romantika yaşayır. Amma bir müddət sonra ağlına köhnə sevgisi gəlir və bu qarışıq mühitdə çaşqın qalır.

Rollarda: Clark Gable, Vivien Leigh

2. Saddam Hussein - Xaç atası (1972)

Məşhur cani və diktatorların ən çox sevdikləri filmlər MƏLUM OLDU - FOTO

Müharibədən sonrakı Nyu-Yorkda mütəşəkkil cinayətkarlar sülaləsinin qocalmış başçısı öz dəstəsinə nəzarəti tərk etməlidir. Amma bu məsələdə ən çox könülsüz olan kiçik oğlunu seçir.

Rollarda: Marlon Brando, Al Pacino

3. Joseph Goebbels - Potemkin döyüş gəmisi (1925)

Məşhur cani və diktatorların ən çox sevdikləri filmlər MƏLUM OLDU - FOTO

1905-ci il Rusiya İnqilabının ortasında Potemkin döyüş gəmisinin ekipajı gəmi zabitlərinin qəddar, zülmkar rejiminə qarşı qalxır. Odessada küçə nümayişləri polis qətliamına səbəb olub.

Rollarda: Aleksandr Antonov, Vladimir Barskiy

4. Kim Jong-il - 13-cü Cümə (1980)

Məşhur cani və diktatorların ən çox sevdikləri filmlər MƏLUM OLDU - FOTO

Acı keçmişi olan “Kristal Göl” adlı yay düşərgəsini yenidən açmağa çalışan bir qrup düşərgə məsləhətçisinin ardınca sirli bir qatil gəlir. Bəzi dostlarının itkin düşməsindən sonra təhlükə altında olduqlarını anlayan düşərgəçilərin başı indi dərddədir.

Rollarda: Betsy Palmer, Jeannine Taylor

5. İosif Stalin - Tarzan (1932)

Məşhur cani və diktatorların ən çox sevdikləri filmlər MƏLUM OLDU - FOTO

Tacir və qızı Afrikanın dərinliklərində əfsanəvi fil məzarlığını axtarmaq üçün yola çıxır, lakin meymunlar tərəfindən yetişdirilmiş vəhşi bir adamla qarşılaşırlar.

Rollarda: Johnny Weissmuller, Neil Hamilton

6. Vladimir Putin - Qalxan və Qılınc (1968)

Məşhur cani və diktatorların ən çox sevdikləri filmlər MƏLUM OLDU - FOTO

Film İkinci Dünya Müharibəsi zamanı Alman SS-ə sızmış bir casusun hekayəsindən bəhs edir. Bu tamaşa həm də Sovet Yazıçılar İttifaqının katibi Vadim Kojevnikovun romanı əsasında hazırlanıb.

Rollarda: Stanislav Lyubşin, Valentina Titova

7. Pablo Eskobar - Ceyms Bond seriyası

Məşhur cani və diktatorların ən çox sevdikləri filmlər MƏLUM OLDU - FOTO

Kolumbiyalı narkobaron Pablo Eskobar ən çox Ceyms Bond seriallarını və Çarli Çaplin filmlərini sevirdi. Yaşadığı müddətdə dünyanın 7-ci ən zəngin adamı olan Eskobar tam bir Bond fanatı olub.

8. Usama bin Laden - Bruce Lee Filmləri

Məşhur cani və diktatorların ən çox sevdikləri filmlər MƏLUM OLDU - FOTO

Əl-Qaidə İslam silahlı təşkilatının qurucu lideri Usamə bin Laden uşaqlığından Bruce Li filmlərinə baxıb. Müharibə və döyüş sənəti filmləri ilə tanınan Linin filmləri Ladenin vazkeçilməzləri arasında olub.

Aynil

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR