Qətərdəki dünya çempionatı ulduzları iki cəbhəyə ayırdı - FOTOLAR 

Qətərdəki dünya çempionatı ulduzları iki cəbhəyə ayırdı - FOTOLAR 

2022-ci ildə Qətərin ev sahibliyi edəcəyi dünya çempionatında səhnəyə çıxacaq adların açıqlanması müzakirələrə səbəb olmuşdu.

 

Sfera.az xəbər verir ki, sənət dünyası iki yerə bölündü: Qətəri boykot edənlər və konsert verənlər.

 

Xəbər verdiyimiz kimi, Qətərdə keçirilən Dünya Kuboku bazar günü dünyanın hər yerindən liderlərin və tanınmış simaların iştirakı ilə başlayıb.

 

Hələ mundial başlamamış ev sahibi ölkənin Qətər elan edilməsi böyük səs-küyə səbəb və müzakirələrə səbəb olub. Çempionatın başlamasından dərhal sonra son dəqiqə qərarı ilə stadionlarda spirtli içki satışını qadağan edən Qətər daha əvvəl insan haqları və LGBTİ-yə münasibəti ilə bir çox məşhur adlar tərəfindən tənqid olunmuşdu.

 

Tənqidlər o həddə çatıb ki, dünya ulduzları belə demək mümkünsə, iki yerə bölünüb.

 

Daha əvvəl Dünya Kubokunda çıxış edəcəyi gözlənilən Şakira, Rod Stüart və Dua Lipa kimi adlar ötən günlərdə verdiyi açıqlamada Qətəri boykot etdiklərini və səhnəyə çıxmayacaqlarını bildiriblər.

 

Bu adlara əfsanəvi “Spice Girls” qrupundan Mel C əlavə edildi. Melanie C Qətərdə çıxış etmək təklifini qəbul etməyəcəyini açıqlayıb.

 

Medianın suallarını cavablandıran Mel C, “Şəxsən mən LGBTİ cəmiyyətinin tərəfdarıyam. Bu fikri müdafiə edərkən, orada mahnı oxumaq mənim rahat olacağım bir iş deyil” - deyə bildirib.

 

Dua Lipa isə Qətərdə çıxış edəcəyini təkzib edib.

 

Xatırladaq ki, Qətər insan haqları ilə bağlı mövqeyinə, eləcə də qadınların, mühacirlərin və LGBTİ şəxslərin hüquqlarının məhdudlaşdırılmasına görə tənqid hədəfinə çevrilib. Bir çox adlar bu səbəblərə görə çempionatda iştirakdan imtina etsə də, bu ittihamlara məhəl qoymayaraq dünya çempionatında çıxış etməyi və ya xidmət etməyi qəbul edən adlar da var.

 

David-Victoria Beckham - Bu adlardan ən diqqət çəkəni David Beckhamdır.

 

İddialara görə, Qətər dünya çempionatının təmsilçisi olmaq üçün Bekhemlə 10 milyon funt-sterlinqlik müqavilə imzalayıb.

 

Bekhem 2002-ci ildə “Attitude” homoseksual jurnalının üz qabığında çəkilib və "gey ikonu" adlandırılmasından şərəf duyduğunu söyləmişdi. Lakin bütün bu LGBTİ dəstəklərinə baxmayaraq, Bekhemin Qətər Dünya Kubokunun səfirlərindən biri olması mübahisə yaradıb.

 

Robbi Uilyams da Qətərdə çıxış edəcək

 

Dünya Kubokunda səhnəyə çıxmağa razılıq verən adlardan biri də Robbi Uilyams olub. Məşhur müğənni dünya çempionatında çıxış etmək qərarını müdafiə edərkən getməməyin riyakarlıq olacağını iddia edib.

 

İngilis mətbuatı Williamsın insan haqları ilə bağlı narahatlıqlarının onun qərarına təsir etmədiyini yazsa da, ingilis müğənni "İnsan haqları pozuntularının baş verdiyi hər yerdə səhnəyə çıxmaqdan imtina etsəydik, hətta öz ölkəmizin səhnəsində belə çıxış edə bilməyəcəyik" -deyib.

 

Məşhur türk müğənnisi Zeynep Baştik sosial media hesabından 2022-ci il dünya çempionatı mərasimində səhnəyə çıxacağını açıqlayıb.

Baştikin noyabrın 24-də Əl-Beyt stadionunda keçiriləcək mərasimdə çıxış edəcəyi açıqlanıb.

 

Qeyd edək ki, Zeynep Baştik dünya çempionatında səhnəyə çıxan ilk türk sənətçi olacaq.

 

Bütün bunlara baxmayaraq, Dünya Kubokunda səhnəyə çıxacaq ulduzların tam siyahısı hələ də bəlli deyil. Britaniya mətbuatı Cənubi Koreyalı “BTS” qrupunun Qətərə gəldiyini yazıb. Dünyada milyonlarla pərəstişkarı olan qrupun Dünya Kubokunda çıxış edəcəyi fikri həyəcan yaratsa da, mübahisələrə də səbəb olub.

 

Başda Robbi Uilyams olmaqla dünya çempionatında səhnəyə çıxacaq müğənnilər sosial şəbəkədə tənqid olunub.

 

Bir çox sosial media istifadəçisi açıq şəkildə insan haqlarının pozulduğu ölkədən pul qəbul etməyi düzgün hesab etməsə də, Şakira və Dua Lipa kimi müğənnilər təriflənib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...