Logo

ABŞ Ukraynaya 4,5 milyard dollar AYIRDI

ABŞ Ukraynaya 4,5 milyard dollar AYIRDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın maliyyə naziri Janet Yellen Kiyevə 4,5 milyard dollarlıq büdcə dəstəyinin ayrıldığını açıqlayıb.

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yellenin yazılı bəyanatında deyilir.

“Bu gün Birləşmiş Ştatlar qrant şəklində əlavə 4,5 milyard dollarlıq büdcə dəstəyini ayıraraq Ukrayna qarşısında qeyd-şərtsiz öhdəliyini davam etdirdi”, - deyə məlumatda qeyd olunub.

Onun sözlərinə görə, maliyyələşmə iqtisadi sabitliyin gücləndirilməsinə və əsas dövlət xidmətlərinin həyata keçirilməsinə dəstək olacaq, o cümlədən xəstəxana işçilərinin, dövlət qulluqçularının, müəllimlərin maaşlarının ödənilməsi, Ukraynanın qoca və həssas təbəqələrinə sosial yardım göstərilməsinə kömək edəcək.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR