Rusiya Ukraynanın yeni hücumundan qorxur: Bu ərazilərdə müdafiə xətləri gücləndirilir
"Rusiya Ukyananın işğal etdiyi Xerson və Zaporojye vilayətlərində əlavə müdafiə xətləri quraşdırır".
Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bununla bağlı məlmatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb.
Baş Qərargahdan bildirilib ki, Kaxovka-Melitopol avtomobil yolunda Rusiyadan müdafiə xətlərinə əlavə texnikanın daşınması müşahidə edilir.
Xatırladaq ki, noyabrın 21-də Melitopol şəhərində rus işğalçılarının daha bir hərbi bazası partlayış nəticəsində dağıdılmışdı. Bu cür hücumlar rus ordusunun təchizatını zəiflədir.
Rusiya bu istiqamətlərdə müdafiə xətlərinin zəifləməsini istəmir. Çünki noyabrın 9-da ciddi tədarük problemlərinə görə Rusiya Xerson vilayətinin bir hissəsini tərk etmək məcburiyyətində qalmışdı.
İndi Rusiya qorxur ki, Ukrayna ordusu Xersonun digər hissələrini də azad etmək üçün əməliyyata başlaya bilər. Əgər həmin istiqamətlərdə Rusiya ordusunun təchizatı və müdafiəsi zəif olarsa, Ukrayna ordusu hədəfinə asanlıqla çatacaq.
Vasif