KTMT-nin İCLASI: Ermənistan ümid etdiyi hərbi dəstəyi alacaqmı?

KTMT-nin İCLASI: Ermənistan ümid etdiyi hərbi dəstəyi alacaqmı?

Bu gün Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla, bütün üzv dövlətlərin rəhbərlərinin iştirak edəcəyi KTMT-nin növbəti sessiyası baş tutacaq.

Sfera.az xəbər verir ki, Ermənistan mediası hakimiyyət nümayəndələrinin və hakimiyyətə yaxın çevrələrin mövzu ilə bağlı fikirlərini dərc edib. Məqalələrdə bildirilib ki, Putin Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməyib. Rusiya və digər KTMT üzvləri sentyabr döyüşlərində Ermənistana lazım olan hərbi dəstəyi göstərməyiblər.

 

Qeyd edək ki, KTMT-nin bu gün keçirilən sessiyasında Ermənistana birgə yardımın göstərilməsi məsələsi ilə bağlı 2 aydan artıqdır ki, İrəvandan daxil olan müraciətin taleyi müzakirə olunmalıdır. Bu arada, Rusiyanın yüksək rütbəli məmurlarının bəyanatlarına əsasən düşünmək olar ki, ermənilərin bu xüsusdakı gözləntiləri yenə özünü doğrultmayacaq.

 

Xatırladaq ki, ötən günlərdə Rusiya Federal Şurasının sədr müavini Konstantin Kosaçev bu mövzuda açıqlama verib.

 

“Ermənistanla Azərbaycan arasındakı münaqişə, fikrimcə, KTMT-nin yurisdiksiyasına aid deyil, üzv dövlətlərin hər biri ona münasibətini müstəqil müəyyənləşdirir”, - deyə o, bildirib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR