Cinsi təcavüzə məruz qalan qadının son istəyi AÇIQLANDI

Cinsi təcavüzə məruz qalan qadının son istəyi AÇIQLANDI

Qocalar evində cinsi təcavüzə məruz qalan 89 yaşlı belçikalı qadın evtanaziya istəyib.

 

Sfera.az bildirir ki, qadın cinayətkar cəzalandırıldıqdan sonra ölmək istədiyini bildirib.

 

Belçikanın Antverpen şəhəri yaxınlığındakı Lint qəsəbəsində qocalar evində yaşayan qadın iyul ayında 36 yaşlı kişi tərəfindən cinsi təcavüzə məruz qalıb. Hadisədən dərhal sonra yaxalanaraq həbs edilən şübhəlinin barəsində işin ilk iclası bu gün Antverpendəki məhkəmədə keçirilib. Qadının vəkili məhkəmədən işin sürətləndirilməsini və təcili yekunlaşdırılmasını istəyib.

 

Vəkil: “Müvəkkilim yaşadığı təcavüzdən sonra psixoloji əziyyət çəkir. Hadisə həqiqətən dəhşətlidir. Müvəkkilim evtanaziya istəyib. Onun son istəyi isə cinayətkarın ən ağır şəkildə cəzalandırılmasıdır” - deyə bildirib.

 

Məhkəmə qadının işin sürətləndirilməsi ilə bağlı müraciətinə müsbət cavab verib. Narkotik maddələrdən istifadə kimi cinayətlərə görə əvvəllər məhkum olunmuş şübhəlinin cəzasını prokurorun çərşənbə günü açıqlayacağı bildirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR