"Ukraynanın hücumları nüvə təhlükəsi yaradır"- Peskovdan AÇIQLAMA

"Moskva hesab edir ki, bütün tərəflər üçün Kiyevin Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutmasının nüvə təhlükəsi yaratdığını başa düşmək vacibdir".

 

 Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

"Hər kəsin vəziyyətə ayıq nəzər salması və anlaması çox vacibdir ki, Ukrayna silahlı qüvvələri atom elektrik stansiyasını atəşə tutur, buna görə də onların hərəkətləri geniş ərazilər üçün nüvə, ekoloji və digər təhlükəsizlik təhdidləri yaradır. Bu, əlbəttə ki, bizdə böyük narahatlığa səbəb olur",- Kremlin sözçüsü vurğulayıb.

 

Peskov qeyd edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) hazırkı vəziyyətdə “öz işini görür”.

 

"MAQATE-nin bu atəş hücumlarının zavod üçün təhlükə yaratdığını təsdiqləməsi yaxşı haldır. Biz, əlbəttə ki, təəssüf edirik ki, agentliyin xüsusiyyətlərinə görə, MAQATE rəsmiləri atəş hücumlarının arxasında kimin olduğunu aydınlaşdırmaq səlahiyyətinə malik deyillər. Rusiya MAQATE ilə dialoqu davam etdirəcək", - Rusiya prezidentinin sözçüsü fikrini yekunlaşdırıb.

 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi daha əvvəl məlumat vermişdi ki, Ukrayna Silahlı Qüvvələri iki aylıq fasilədən sonra Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutmağa başlayıb. Nazirliyin məlumatına görə, Ukrayna qüvvələri noyabrın 19-20-də obyektə azı 25 hərbi sursat atıb, onlardan biri nüvə yanacağının saxlanıldığı 2 saylı Xüsusi Binanın damına dəyib. Nazirlik əlavə edib ki, hücum edənlər cavab atəşi ilə susdurulub və elektrik stansiyasının ətrafında radiasiya səviyyəsi normal olaraq qalır. 

 

Bildirək ki, Zaporojye AES Avropanın ən böyük fəaliyyət göstərən atom elektrik stansiyasıdır. Rusiya fevralın sonunda obyekti nəzarətə götürüb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...