İndoneziyada zəlzələ - Ölənlərin əksəriyyəti uşaqlardır + FOTO
İndoneziyada güclü zəlzələ 162 nəfərin həyatına son qoyub. Xilasedicilər insanları dağıntılar altından çıxarmaqda davam edir.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları 2345 evə ciddi ziyan dəydiyini bildirib. Dağıntılar altında hələ də insanların olduğu bildirilir, lakin sürüşmə səbəbindən xilasetmə işləri çətinləşib.
Qeyd edək ki, bu gün, noyabrın 21-də İndoneziyada Rixter cədvəli üzrə 5,6 bal gücündə zəlzələ olub. Qərbi Yava qubernatoru Ridvan Kamil əksəriyyəti uşaq olmaqla azı 162 nəfər həlak olduğumu bildirib. Dağıntının miqyası ilə bağlı məlumatlarda 326 nəfərin yüngül və ya ağır xəsarət aldığı, 2345 evə ciddi ziyan dəydiyi, 13400 nəfərin evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilir. Adada xilasetmə işləri davam edir Eyni zamanda, səlahiyyətlilərin məlumatına görə, dağılan binalar səbəbindən çoxlu sayda insan xəsarət alıb, bəzi sakinlər dağıntılar altında qalıb. Zərərçəkənləri azad etmək üçün xilasedicilər ağır texnikadan istifadə edir, lakin administrasiyanın rəhbəri German Suçerman yerlərdə sürüşmələr səbəbindən təxliyənin çətinləşdiyini bildirib.
Xatırladaq ki, İndoneziyanın Yava adasında 10 kilometr dərinlikdə güclü zəlzələ baş verib. Jurnalistlər zəlzələnin əhalinin sıx məskunlaşdığı və evlərin zəif tikildiyi ərazidə baş verdiyini qeyd edirlər. Bu səbəbdən 2 mindən çox ev dağılıb.
Aynil
Sfera.az








