Brüs Linin ölüm səbəbi 50 ildən sonra MƏLUM OLDU

Brüs Linin ölüm səbəbi 50 ildən sonra MƏLUM OLDU

Dünyaca məşhur Hollivud ulduzu və döyüş sənəti ustası Brüs Linin ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.

 

Sfera.az bildirir ki, Honq-Konq əsilli amerikalı aktyor və döyüş sənəti ustası Brüs Li 20 iyul 1973-cü ildə 32 yaşında vəfat edib.

 

Həmin illərdə aparılan yarılma nəticəsində Brüs Linin beyin şişməsi səbəbindən öldüyü və Equagesic adlı ağrıkəsicidən istifadə etdiyi göstərilib. Yeni araşdırmalar Hollivud əfsanəsinin hiponatremiyadan ölə biləcəyini üzə çıxarıb.

 

Ekspertlər "Böyrəyin artıq suyu xaric edə bilməməsinin Brüs Lini öldürdüyünü düşünürük" - deyə bildirib. Böyrək xəstəlikləri üzrə mütəxəssislərin imzaladığı araşdırmada beyin ödeminin səbəbinin qanda natrium konsentrasiyasının azalması (hiponatremiya) ola biləcəyi yazılıb. Həkimlər Linin ölməzdən əvvəl marixuana və su içdiyini nəzərə almaqla istehlak etdiyi suyun böyrəkləri üçün çox ola biləcəyini müəyyən edib. Bu vəziyyətin beyində ödem əmələ gətirdiyi bildirilib. Çünki beyin ödemi qanda natrium konsentrasiyasının azalması ilə bağlı idi. Li öləndə beyninin çəkisi 1575 qram idi. Normalda isə 1400 qram olmalı idi. Mütəxəssislər araşdırmanın nəticəsi olaraq Brüs Linin böyrək funksiyası pozğunluğundan ölmə mövzusuna diqqət yetirdiklərini açıqlayıb.

 

Həyat yoldaşı Linda Bryusun ölümünə qədər maye əsaslı kök və alma suyu pəhrizində olduğunu açıqlayıb. Maraqlıdır ki, bu izah mütəxəssislərin fərziyəsini dəstəkləyir. Bu nəticələr Linin ölümünün 50 illik sirrini açmış kimi görünsə də, bəziləri hələ də onun Çin qanqsterləri tərəfindən öldürüldüyünü və ya hətta qısqanc bir sevgilisi tərəfindən zəhərləndiyini iddia edirlər. Onun günəş və istilik vurmasından öldüyünü iddia edənlər də var.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...