“Ukrayna ilə normal təmaslar bu halda mümkündür” - Rusiya Federasiya Şurasının sədr müavini

"Rusiya ilə Ukrayna arasında istənilən normallaşma yalnız Ukraynada hakimiyyət dəyişikliyindən sonra baş verə bilər".
Sfera.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev bildirib .
"Mən indiki Kiyev rejimindən yaxşı heç nə gözləmirəm. Onlar öz əvvəlki hərəkətlərində və ideologiyalarında tələyə düşüblər. Onların manevr azadlığı yoxdur. İnanıram ki, istənilən potensial normallaşma yalnız Ukraynada hakimiyyət dəyişikliyindən sonra baş verə bilər. Ümidvaram, bu proses konstitusiyaya uyğun olacaq”,- Kosaçev müsahibəsində deyib.
Rusiyalı senator vurğulayıb ki, Ukrayna Minsk razılaşmaları üzrə öhdəliklərini yerinə yetirməyə məcbur edilməlidir.
"Lakin onların əsas götürdüyü prinsip hələ də aktualdır - Ukraynada daxili münaqişənin hərbi yolla həlli yoxdur və bu, hökumət və onun xalqı arasında dialoq yolu ilə siyasi üsulla həll edilməlidir", - Kosaçev əlavə edib.
Senator xəbərdarlıq edib ki, Odessa, Dnepropetrovsk və Ukraynanın digər vilayətlərinin sakinləri, əgər hakimiyyət onlara terrorçu və ya separatçı kimi yanaşsa və dialoqdan imtina edərsə, statuslarını dəyişə bilər.
“Əgər Kiyev onlarla güc dilində danışmağı dayandırsa, çox şey dəyişə bilər”,- o, qeyd edib.
Əzizə