Ermənistanda meşə sahəsi YANIR
Kateqoriya məlum deyil
Ermənistanın Tavuş vilayətinin Dilican milli parkında yanğın başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Park ərazisində 10 hektarlıq yaşıllıq sahəsi yanmaqdadır. Ərazidə xilasedicilər çalışır.
Qeyd edilir ki, 2002-ci ildə meşə sahəsində yaradılan milli parkın ərazisi 24 min hektardan çoxdur.






