Logo

Saakaşvilinin zəhərlənməsilə bağlı - Rəsmi açıqlama

Saakaşvilinin zəhərlənməsilə bağlı - Rəsmi açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Heç kimdən Saakaşvilinin həbsdə olarkən zəhərlənə biləcəyi ilə bağlı iddiaları təsdiqləyən rəsmi sənəd almamışıq.

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan Penitensiar Xidmətindən məlumat verilib.

“Saakaşvili xəstəxanada nəzarət altındadır, lazımi tibbi tədbirlər görülür. Dezinformasiyanın qarşısını almaq üçün hər kəsi yoxlanılmamış və əsaslandırılmamış məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Mixail Saakaşvilinin anası Giuli Alasaniya Saakaşvilinin həbsdə olarkən zəhərləndiyi və bədənində ağır metalların miqdarının artdığını bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR