Kim Çen ilk dəfə qızını mediaya göstərdi - Raket sınağına baxdılar + FOTOLAR

Şimali Koreya lideri Kim Çen In ilk dəfə qızı ilə birlikdə görüntülənib.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, Şimali Koreya prezidenti qızı ilə birlikdə qitələrarası idarə olunan raket sınağını yerində izləyib. Fotoları Şimali Koreya xəbər agentliyi təqdim edib.
Yerli mətbuatda paytaxt Pxenyan hava limanında qurulan raket platformasının ətrafında Kim və adı açıqlanmayan uşağın fotoşəkilləri yerləşdirilib. “Hwasong-17” raketinin buraxılışını əks etdirən fotoşəkillərdə Kimin təkərli raket platformasının qarşısında 12-13 yaşlı ağ paltarlı bir qızla onun əlindən tutaraq onun uçuş-enmə zolağına daşınmasını seyr edərkən görünür.
Kimin gözətçi qülləsindən buraxılışı seyr etdiyini göstərən başqa bir fotoşəkildə ağ paltarlı uşaq Kimin yanında oturur.
Qeyd edək ki, Amerikalı basketbolçu Dennis Rodman 2013-cü ildə ölkəyə etdiyi səfərdən sonra İngiltərənin Guardian qəzetinə verdiyi müsahibədə Kim və həyat yoldaşı Ri Sol Junun Ju Ae adlı körpəsi olması barədə məlumat paylaşıb.
Xatırladaq ki, dünyanın ən qapalı ölkələrindən biri olan Şimali Koreyada Kim və ailəsi haqqında çox az şey məlumdur. Ekspertlər hesab edirlər ki, Kim Çen Inın iki qız və bir oğlan olmaqla üç övladı var. Çu-Ae isə onların ən böyüyüdür. BBC-nin Seul müxbiri Jean Mackenzie isə bu fotoların Şimali Koreyalı mütəxəssislər arasında ABŞ-ı vura biləcəyi iddia edilən raket sınağından daha çox maraq doğurduğunu bildirib. Mackenzie bunun səbəbini belə izah edir:
İlk olaraq; bu fotolar Çu-aenin ölkənin yeni lideri olan atasının varisi təyin edildiyini bildirirmi?
Bu çox mümkündür. Bu bir ailə sülaləsidir və Kim bir gün övladlarından birinin onun yerinə keçməsini istəyəcək.
Bəs o, niyə bu qədər gənc ikən dünyaya tanıdılıb? Əgər onu artıq öz yerini tutmağa hazırlayırsa, 38 yaşlı liderin səhhətində problem ola bilərmi?
İkincisi : Bu fotolar ölkənin nüvə proqramı haqqında nə deyir? Şimali Koreya bunu belə mühüm raket sınağı zamanı üzə çıxararaq, dünyaya “nüvə silahları heç yerə getmir, gələcək nəsillər üçün burada olacaq” mesajı verir.
Aynil
Sfera.az