Rusiyada ümumi səfərbərlik olacaq – Ukraynalı ekspert tarixi açıqladı

Rusiyada ümumi səfərbərlik olacaq – Ukraynalı ekspert tarixi açıqladı

2023-cü ilin yanvarında Rusiyada ümumi səfərbərlik başlanacaq. 


Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bu iddia ilə ukraynalı hərbi ekspert Denis Popoviç çıxış edib.


Popoviç hesab edir ki, Rusiyada dekabr və ya yanvar aylarında yeni səfərbərlik planlaşdırılır və bu, qismən yox, ümumi xarakter daşıyacaq.


Hərbi ekspertin məlumatına görə, Rusiya vətəndaşları hələ də çağırış vərəqələri alır:

 

“Rusiya Prezidentinin səfərbərliyin dayandırılması ilə bağlı heç bir fərmanı yoxdur. Sadəcə olaraq, səfərbərliyin dayandırıldığı barədə bəyanatı var idi. Hərbi komissarlıqlar üçün bu, səfərbərliyin dayandırılması üçün əsas deyil, ona görə də, onlar çağırış vərəqələri paylamaqda davam edirlər. Rusiya çağırış prosesini gücləndirmək istəyir. Bu, cəbhələrdəki itkilərlə bağlıdır. Rusiyanın itkiləri əhəmiyyətli dərəcədə çoxdur. Ona görə də, Rusiyada səfərbərliyin sürətlənəcəyinə şübhə yoxdur”.


Xatırladaq ki, itkilərin artmasından sonra sentyabrın 21-də Putin Rusiyada qismən səfərbərlik elan edib. Ancaq bir ay sonra prezident səfərbərliyin başa çatdığını bildirib. 


Rusiya mediasının əldə etdiyi məlumata əsasən, qismən səfərbərlik zamanı 300 min insanın xidmətə cəlb edilməsi nəzərdə tutulsa da, əslində 492 min nəfər xidmətə çağrılıb.


Səfərbər olunanlar silahlarla ilkin təlimdən sonra cəbhənin ən qaynar nöqtələrinə göndərilir. Bu səbəbdən ehtiyatda olanlar arasında ruh düşgünlüyü var və hərbi xidmətə getmək istəyənlər çox azdır. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

"Xaos, böhranlar, təbii fəlakətlər, yadplanetlilərlə..." - Yusuf Güneydən 2025-ci il PROQNOZLARI

Son zamanlar türkiyəli müğənni Yusuf Güney astral səyahət və gələcək proqnozları ilə diqqət çəkir. O, 2025-ci il üçün də bir sıra proqnozlar səsləndirib. ...

Son 3 gündə ikinci hərrac keçirildi - Dollara tələb nə qədər olub?

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) kommersiya banklarının iştirakı ilə növbəti valyuta hərracı keçirilib.   Sfera.az xəbər verir ki, bu hərrac...

Çimnaz Sultanovanın ölüm səbəbi AÇIQLANDI - RƏSMİ

Aktrisa Çimnaz Sultanovanın ölüm səbəbi məlum olub.   Sfera.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə ...

Süni intellekt bu şəxsləri İŞSİZ QOYACAQ

Süni intellekt (Sİ) texnologiyaları sürətlə inkişaf edərək bir çox sahədə tətbiq olunur və işçi qüvvəsinə olan tələbatı dəyişdirir. Bu texnologiyalar məhsuldarl...

Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə mentorluq proqramını uğurla başa çatdıran üçüncü “Yüksəliş” müsabiqəsi qalibləri İ...

Məktəblərdə ardıcıl 9 gün dərs OLMAYACAQ - TARİXLƏR

Xəbər verdiyimiz kimi, 27-31 yanvar tarixlərində orta ümumtəhsil müəssisələrində qış tətili olacaq.   Sfera.az bildirir ki, 25-26 yanvar və 1-2 fevra...