Twitterdə skandal - İşçilər üsyan edib, ofislər bağlanıb + FOTO
“Twitter”i satın aldıqdan sonra idarəçiliyi tək başına üzərinə götürən Elon Mask həm şirkət, həm də mütəxəssislərin sərt reaksiyalarına baxmayaraq, yeni addımlar atmağa davam edir. Minlərlə insanı işdən çıxaran və uzaqdan işləməyə son qoyan Mask nəhayət, işçilərinə yeni şirkət baxışını təqdim edib və qəbul etməyənlərin bundan sonra şirkət işçisi olmayacağını açıqlayıb.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, Maskın ultimatumuna cavab çox çəkməyib.
“Twitter” əməkdaşları bir-birinin ardınca istefa verməyə başlayıb. Aprel ayında 44 milyard dollarlıq təklif ilə bütün diqqətləri üzərinə çəkən Tesla və SpaceX CEO-su Elon Mask, aylarla davam edən satınalmanı ötən həftələrdə tamamladı və həm hazırki CEO, həm də yüksək səviyyəli rəhbərləri işdən çıxararaq şirkəti tək başına alıb. Lakin işlər Elon Maskın istədiyi kimi getməyib. Minlərlə insanı işdən çıxaran, uzaqdan iş və nahar xidmətini ləğv edən Mask yeni iş vizyonunu tətbiq etməyə çalışarkən, işçilər buna şillə kimi cavab verib. Elon Maskın Twitter üçün yeni vizyonunu şirkətdə qalanların çoxu bəyənməyib.
Şirkətin qalan 4000-ə yaxın əməkdaşının yarısından bir az azı cümə axşamı şirkətdə qalmağı və Maskın yeni vizyonu olan "Twitter 2.0"-a yazılmağı seçib.
İngilis mətbuatının yazdığına görə Mask bəzi Twitter işçiləri ilə görüşüb və şirkətdə mühüm rol oynayan işçilərin ayrılmasına mane olmağa çalışıb. Onun köməkçiləri və hətta Maskın özü işə davam etmək üçün qeydiyyatdan keçməmiş bəzi mühəndisləri çağırıb. Mask həmçinin bir az daha təvazökar tonla olan bir neçə e-poçtlar göndərib. Bu e-poçtlarda belə işçilərə daha çox maaş və pul təklif edilmir, əksinə Maskın yeni Twitter vizyonu və şirkətin gələcək potensialı haqqında daha diqqətli olmaları xahiş olunub.
Bir Twitter işçisinin dediyinə əsasən Twitter 2.0-a üzv olmaqdan imtina edən bir çox əməkdaş qərar qəbul etməzdən əvvəl hüquqşünaslarla məsləhətləşib. Twitter hazırda 2000-dən çox əməkdaşını ixtisar etməyə hazırlaşır. Layihə müddətlərinin sıx olması səbəbindən işçilər ofisdə yatırdılar. İngilis mətbuatının yazdığına görə, Mask işçilərinin təxminən yarısını işdən çıxarıb, qalanlarının isə daha çox iş saatlarını qəbul etməli olduğunu elan edib. Bundan sonra başlayan istefa dalğası səbəbilə “Twitter” müvəqqəti olaraq ofislərini bağlayıb Noyabrın 21-də açılacağı bildirilən ofislərin bağlanmasının səbəbi hələ ki, açıqlanmayıb. İşçilər Elon Maskın sərt münasibətinə sadəcə istefa verməklə kifayətlənməyib, bəzi işçilər artıq qanuni yollarla öz hüquqlarını axtarmağa başlayıb.
Ötən günlərdə hələ də hüquqlarını şirkətdən ala bilməyib işdən çıxarılan işçinin iddiasına bu dəfə daha yeniləri əlavə edilib. Xərçəngdən sağalan bir Twitter əməkdaşı Elon Mask uzaqdan işləməyi ləğv etməyinin qəfil ayrı-seçkilik olduğunu iddia edərək şirkəti məhkəməyə verib. Dmitri Borodaenko adlı işçi şikayətində xəstəliyinin ofisdə işləməsinə mane olduğunu söyləyib. Mask şirkəti satın almağa çalışarkən uzaqdan işləməyə davam edəcəyinə söz verib. Bu isə Əlilliyi olan Amerikalılar Aktına tamamilə zidddir.
Aynil
Sfera.az