Logo

"Ukraynaya 100 milyard dollar ziyan dəyib" - Sergey Marçenko 

"Ukraynaya 100 milyard dollar ziyan dəyib" - Sergey Marçenko
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynanın maliyyə naziri Sergey Marçenko "Bloomberg TV"yə müsahibəsində bildirib ki, fevral ayından Ukraynanın infrastrukturuna dəymiş ziyan 100 milyard dollar dəyərində qiymətləndirilə bilər.

Sfera.az xəbər verir ki, nazir infrastruktura hər gün hücum edildiyi üçün dəymiş ziyanı hesablamağın olduqca çətin vəziyyətə gəldiyini deyib.

Bundan əvvəl böhranların idarə edilməsi üzrə Avropa Komissiyasının üzvü Yanez Lenarçiç bildirmişdi ki, Ukraynanın enerji infrastrukturuna dəyən ziyan kritik həddə yaxınlaşır, ona görə də,  Avropa İttifaqı ölkənin enerji təchizatını dəstəkləmək üçün dayanmadan çalışır.

Qeyd edək ki, bazar ertəsi BMT Baş Assambleyasının xüsusi sessiyasının iştirakçıları Rusiyanın Ukraynaya vurduğu iddia edilən zərərin beynəlxalq reyestrinin tərtib edilməsi, habelə itkilərin kompensasiyası mexanizminin yaradılmasının zəruriliyini tanıyan qətnamə qəbul ediblər. 94 ölkə sənədin lehinə səs verib, lakin təşəbbüs 97 ölkədən heç bir dəstək ala bilməyib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR