Avropa ölkələrinin bəxti gətirib - Soyuq olmayacaq 

Avropa ölkələrinin bəxti gətirib - Soyuq olmayacaq 

Meteoroloqlar Avropaya soyuq qış vəd etmirlər.

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, mütəxəssislər mövcud təchizat, istehlak və qaz ehtiyatları ilə Aİ ölkələrinin mövsümü qaz çatışmazlığı ilə də keçirə biləcəyini qeyd edir. Hazırkı qiymətlər enerji böhranından əvvəlki qiymətlərdən 3-4 dəfə yüksəkdir və sənaye istehsalı azalıb. Buna baxmayaraq investisiya bankının analitikləri qış mövsümü başa çatdıqdan sonra Avropa anbarlarında qaz qalıqlarınım gözləniləndən yüksək ola biləcəyini bildirir.

 

Meteoroloqlar Avropada bütün qışın soyuq keçməyəcəyini gözləyirlər.

 

Analitik hava portalı “Severe Weather Europe”: “Avropada temperaturun qitənin qərb-mərkəzi hissəsinin çox hissəsində orta səviyyəyə yaxın olacağı gözlənilir. Şimal və cənub rayonlarında temperaturun iqlim normasından yüksək olacağı gözlənilir. Bu, Qərbi və Mərkəzi Avropanın bəzi hissələrində daha soyuq cəbhələrin və daha soyuq günlərin olduğu dövrlərin ola biləcəyini göstərir” - xəbər verib.

 

Təchizat və ehtiyatlarla bağlı mövcud vəziyyət də Aİ ölkələrinə qazın problemsiz çatdırılmasının lehinədir. Ötən qışla müqayisədə, noyabrın ortalarından martın sonuna kimi maye qaz idxalı 11,5 milyard kubmetr artıb. “Qazprom”un tədarükü isə 31,5 milyard kubmetr azalacağı gözlənilir. Bu fərq anbarlarda daha yüksək qaz ehtiyatları hesabına ödənilir (təqribi 102 milyard kubmetr). Bu göstərici ötən illə müqayisədə 25 milyard kubmetr çoxdur.

 

Bundan əlavə, Aİ ölkələrinə Azərbaycan və Əlcəzairdən daha çox qaz axını gəlir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Aktrisa Çimnaz Sultanova dəfn olunub - YENİLƏNDİ

Aktrisa Çimnaz Sultanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumla əvvəlcə Əmircandakı ata evində vida mərasimi keçirilib.   Daha s...

ABD Malik dələduzluqla üzləşdi: "Sizə belə zənglər gəlsə..." - VİDEO

Keçmiş “Dəyirman” qrupunun üzvü, Malik Kələntərli (ABD Malik) dələduzluq halı ilə qarşılaşıb.   Sfera.az bildirir ki, bu barədə o, sosial...

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana səfər edəcək.   Sfera.az report-a isinadən xəbər verir ki, bu barədə Baş nazirin m...

Döş xərçəngi beş il öncədən aşkarlana biləcək - FOTOLAR

Döş xərçəngi beş il öncədən aşkarlana biləcək.   Sfera.az xəbər verir ki, bunun üçün Duke Universitetinin tədqiqatçıları "AsymMirai" adlı s...

Qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verildi

Ağdaşda polisin vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdirilir....

"Ermənistanın Aİ-yə qəbulu Gürcüstanın tamamilə itirilməsi demək olacaq" - ŞƏRH

Rusiya Ermənistanın Avropa İttifaqına qoşulması layihəsini ölkənin Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı hesab edir. Rusiya baş nazirinin müavini...