MH17 təyyarə qəzası Beynəlxalq Haaqa məhkəməsində

MH17 təyyarə qəzası Beynəlxalq Haaqa məhkəməsində

Haaqa məhkəməsi Donbass üzərində Malayziya Hava Yollarına məxsus təyyarənin “Buk” hava hücumundan müdafiə sistemi tərəfindən vurulması barədə qərar çıxarıb.

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, aviaqəza baş verən gün əraziyə Rusiya nəzarət edib. 2014-cü il iyulun 17-də Malayziya Hava Yollarına məxsus “MH17” reysi Rusiyayönlü silahlılar tərəfindən işğal olunmuş Pervomayski istiqamətindən Donbass səmasında vurulub. Bu barədə Haaqa Dairə Məhkəməsinin iclasından sonra məlumat verilib.

 

Məhkəmə 2014-cü ilin aprelindən Rusiyanın Donbassa nəzarəti həyata keçirməsi barədə qərar çıxarıb. “Buk” kompleksinin özü isə Rusiyanın 53-cü zenit-raket briqadasına məxsus olub. Məhkəmə zamanı “Buk” hava hücumundan müdafiə sistemini Ukraynaya daşıyan Rusiya qoşunları olduğu və DXR terrorçularının bu silahlardan döyüş əməliyyatları zamanı istifadə etdiyi məlum olub. Sədrlik edən hakim Hendrik Steenhuis DXR terrorçularının əksər liderlərinin Kremllə sıx əlaqədə olduğunu bildirib. Dinləmələr zamanı şahidlər bölmələrin bəzilərinin Ukrayna ərazisinə necə daxil olduğu və atəşə tutulduqdan sonra geri qayıtdıqları haqqında ifadə veriblər.

 

Məhkəmənin gəldiyi qənaətə əsasən 2014-cü il mayın ortalarından Ukraynada artıq beynəlxalq silahlı münaqişə başlayıb. Rusiya separatçıların hərəkətlərinə görə cavabdehliyi üzərinə götürənə qədər müttəhimlər toxunulmazlıq tələb edə bilməz.

 

“Tək bu səbəbdən onların MH17 təyyarəsinin vurulması ilə bağlı toxunulmazlığa müraciət etmək hüququ yoxdur” - deyə hakim Steenhuis bildirib.

 

Xatırladaq ki, rus silahlıları “MH17” göyərtəsində 298 nəfərin ölümündə ittiham olunurlar. Haaqa məhkəmə prokurorları terrorçulara ömürlük həbs cəzası tələb edir. 2021-ci ilin sentyabrında “MH17” işi üzrə şahid hərbi ekspertin ölümü ilə bağlı xəbər yayılıb.

 

Qeyd edək ki, o “Buk” zenit-raket kompleksi ilə bağlı ifadə vermişdi.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bələdiyyələrin rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq

Azərbaycanda dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılacaq.   Sfera.az xəbər verir ki,...

Ötən il əhali ticarətdə nə qədər pul xərcləyib? - RƏQƏMLƏR

2024-cü ildə Azərbaycanda yaşayan əhali pərakəndə ticarət şəbəkəsində 62,2 milyard manat dəyərində müxtəlif mallar alıb.   Sfera.az rəsmi dövlət sta...

Nazir Rəşad Nəbiyev Kayrat Sarıbay ilə müzakirələr apardı

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibi Kayrat S...

Nəriman Həsənzadə evə buraxıldı

Xalq şairi Nəriman Həsənzadə bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb.   Bu barədə “Qafqazinfo”ya Bakı Sağlamlıq Mərkəzinin ...

Aktrisa Çimnaz Sultanova dəfn olunub - YENİLƏNDİ

Aktrisa Çimnaz Sultanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumla əvvəlcə Əmircandakı ata evində vida mərasimi keçirilib.   Daha s...

ABD Malik dələduzluqla üzləşdi: "Sizə belə zənglər gəlsə..." - VİDEO

Keçmiş “Dəyirman” qrupunun üzvü, Malik Kələntərli (ABD Malik) dələduzluq halı ilə qarşılaşıb.   Sfera.az bildirir ki, bu barədə o, sosial...