“Azərbaycanla bunu müzakirə edirik” - Ermənistan xarici işlər nazirinin müavini

“Azərbaycanla bunu müzakirə edirik” - Ermənistan xarici işlər nazirinin müavini

“Biz heç vaxt Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağın gələcəyi ilə bağlamamışıq”.

Sfera.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bu gün hökumətin iclasından sonra jurnalistlərlə söhbətində bildirib.

 

“İndi iki qonşu dövlətin münasibətlərinin hansı meyarlar üzərində qurulmasının əsas prinsipləri müzakirə olunur. Təbii ki, Ermənistanın ərazi bütövlüyü bu danışıqlara daxildir. Müzakirələr iki ölkənin müstəqilliyini tanıdığı formatda davam edir”, - o, əlavə edib.

 

Xarici işlər nazirinin müavininin sözlərinə görə, danışıqların formatı Almatı sənədləri, həm Azərbaycan, həm də Ermənistanın imzalayıb qəbul etdiyi bir sıra digər sənədlər əsasında formalaşıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR