Tramp ABŞ prezidentliyinə namizədlik üçün müraciət edib - Respublikaçılar narazıdır 

Tramp ABŞ prezidentliyinə namizədlik üçün müraciət edib - Respublikaçılar narazıdır 

Amerikalı siyasətçi Donald Tramp Floridada öz tərəfdarlarına müraciət edib.

 

Sfera.az CNN-ə istinadən xəbər verir ki, Donald Tramp 2024-cü ildə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq üçün müraciət edib.

 

Tramp sənədləri noyabrın 15-i axşam Federal Seçki Komissiyasına təqdim edib. Bundan sonra o, özünü prezidentliyə namizəd elan edib və seçki qərargahını yaradıb. Daha sonra siyasətçi Florida ştatı Mar-a-Laqo şəhərindəki malikanəsində tərəfdarları qarşısında çıxış edib. Seçki kampaniyasının qərargahının iqamətgahda yerləşəcəyi bildirilir.

 

"Amerikanı yenidən böyük və şanlı etmək üçün mən bu axşam ABŞ prezidentliyinə namizədliyimi elan edirəm"-deyə o bildirib.

 

Tramp bunun tək öz kampaniyası deyil, tərəfdarları ilə birlikdə müştərək kampaniya olacağını vurğulayıb.

 

Qeyd edək ki, ABŞ mətbuatı Trampın müşavirləri və ona yaxın respublikaçıların aralıq seçkilərdə uduzması səbəbindən namizəd olmaq niyyəti ilə bağlı bəyanatını təxirə salmağı tövsiyə etdiyini yazmışdı. Mətbuatın yazdığına görə Tramp seçki saxtakarlığında adı hallanan namizədləri dəstəklədiyi üçün açıq şəkildə tənqid edilib.

 

Xatırladaq ki, Corciya ştatının leytenant qubernatoru respublikaçı Cefri Dunkan noyabrın 8-i axşam saatlarında dərc olunmuş seçkilərin nəticələrini şərh edib. O ABŞ-ın keçmiş prezidenti Donald Trampın artıq Respublikaçılar Partiyasının siması olmadığını bildirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR