Logo

ABŞ-da iki təyyarə toqquşub

ABŞ-da iki təyyarə toqquşub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İki böyük təyyarə havada toqquşaraq Los-Anceles yaxınlığında Sakit okeana düşüb, hal-hazırda sağ qalanlar haqqında məlumat yoxdur.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Associated Press”agentliyi məlumat yayıb.

ABŞ sahil mühafizəsinin məlumatına görə, toqquşma yerli vaxtla saat 15.30-da (Bakı vaxtı ilə 03.30) baş verib.

“FOX Los Angeles” telekanalı təyyarədə iki kişinin və bir qadının olduğu barədə məlumat yayıb.

Hadisə yerində axtarış xilasetmə işləri aparılır, dalğıclar və yanğınsöndürənlər işləyir. Los-Anceles sahilinə nəqliyyat üçün giriş qapalıdır.

Hadisə araşdırılır, hazırda hadisənin səbəbləri müəyyənləşdirilməyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR