NASA bütün riskli təhlükələrə baxmayaraq Aya növbəti raket göndərir

NASA bütün riskli təhlükələrə baxmayaraq Aya növbəti raket göndərir

NASA-nın Kennedi Kosmik Mərkəzində “Artemida1” missiyası üçün son hazırlıqlar aparılır. 

 

Sfera.az NASA-ya istinadən bildirir ki, fırtına səbəbi ilə zədələnmiş “Artemis 1” kosmik raketi Aya göndəriləcək.

 

“Orion” kosmik gəmisi ilə birlikdə raket buraxılış meydançasında dayanır.

 

Yerə enərkən “Artemis 1” sürətli tropik Nikol qasırğası səbəbilə cüzi zərər görmüşdü. “Artemis1” Kosmik Başlatma Sistemi raketinin və Orion kosmik gəmisinin uçuşa hazırlığını müzakirə etmək üçün bazar ertəsi NASA alimləri menecerlərlə birlikdə müzakirələr aparıb. Fırtına zamanı Orion üzərindəki izolyasiya təbəqəsinin güclü küləklər nəticəsində zədələnməsinə baxmayaraq uçuşa hazır olduğu qənaətinə gəlinib. NASA-nın Vaşinqtondakı qərargahı “Artemis1” uçuş missiyasının meneceri Mayk Saraf : "16-sı uçuşla bağlı planımızda heç bir dəyişiklik yoxdur"-deyib.

 

Narahatlıq doğuran əsas məqamlardan biri “Orion” kosmik gəmisinin xarici hissəsindəki cüzi boşluğu düzəltmək üçün nəzərdə tutulmuş izolyasiya zolağı idi. Nikol qasırğası zamanı güclü küləklər “Orion”un təqribi 10 fut (3 metr) hissəsini götürüb. Zərər aşkar edildikdən sonra uçuş zamanı həddindən artıq istiliyə səbəb ola biləcək hava axını ilə bağlı narahatlıqlar var idi. Məsələni nəzərdən keçirdikdən və çoxsaylı təhlillər apardıqdan sonra “Artemis 1” menecerləri raketin hələ də uçuşa yararlı olduğu qənaətinə gəliblər.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Zelenskini Trampla görüşə tələsdirən əsas səbəb nədir? - AÇIQLAMA

“Kiyev və Vaşinqton artıq ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla inauqurasiya mərasimindən sonra keçiriləcək görüş üzərində işləyir”. Bunu ...

Rəhmon Pezeşkiana Novruz bayramını Tacikistanda qeyd etməyi təklif etdi

Tacikistan Prezidenti Emoməli Rəhmon iranlı həmkarı Məsud Pezeşkianı Novruz bayramında Düşənbəyə səfərə dəvət edib.   Sfera.az Tacikistan mətbuatına ...

Azərbaycan XİN Qəzzada atəşkəs elanını alqışladı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Azərbayc...

Kərim Vəliyev NATO-nun iclasında iştirak etdi - FOTOLAR

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin B...

Azərbaycanda imtahan vermədən bu qurumlarda İŞLƏMƏK OLMAZ

Azərbaycanda müxtəlif peşə sahələrinə və dövlət qurumlarına daxil olmaq üçün müəyyən imtahanlardan keçmək tələb olunur. Bu imtahanlar dövlət xidmətində çalışmaq...

Azərbaycandan bu ölkələrə QADAĞA - RƏSMİ AÇIQLAMA

Almaniyanın Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriyanın Kano ştatında isə ...