Gülənə böyük zərbə - Qardaşı qızı saxlanıldı

Gülənə böyük zərbə - Qardaşı qızı saxlanıldı

 

FETÖ-nün Türkiyədə çevriliş cəhdi ilə bağlı başladılan istintaq işi çərçivəsində Fətulla Gülənin qardaşı qızı Əminə saxlanılıb.

 

Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qadın Balıkəsir Edremit bölgəsində ələ keçirilib .

Əldə edilən məlumata görə, bir müddətdir təqib edilən Əminə.A-nın yaşadığı yerdə bu səhər əməliyyat keçirilib.

Polis Əminənin mobil telefonunu araşdırıb və məlum olub ki, son danışıqlarının əksəriyyətini ABŞ-dakı naməlum şəxslə aparıb.

Şübhəlinin evindən 2 ədəd 1 dollar, Gülən çoxlu fotoları və kitabı ələ keçirilib.

 

 
 
Xalqxeber.Az //
Sfera.az

OXŞAR XƏBƏRLƏR