Ermənistan Türkiyəyə başsağlığı verdi
Kateqoriya məlum deyil
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İstanbulda törədilən terror aktı ilə bağlı Türkiyəyə başsağlığı verib.
Sfera.az xəbər verir ki, nazir Taksimdə terror nəticəsində həyatını itirənlərlə bağlı "Twitter" səhifəsində paylaşım edib.
“İstanbulda baş verən partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, - A.Mirzoyan qeyd edib.
Xatırladaq ki, ötən gün İstanbulda baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.
Əzizə Zeynal






