İspaniyada kənd satışa çıxarıldı
İspaniyada bütöv bir kənd 260.000 (456.430 AZN) avroya satışa çıxarılıb.
Sfera.az bildirir ki, Zamora əyalətində Portuqaliya ilə sərhəddə və Madriddən üç saatlıq məsafədə yerləşən Salto de Castro kiçik bir İspan kəndidir.
Kəndə 44 ev, otel, kilsə, məktəb, bələdiyyə hovuzu və hətta mülki mühafizəçilərin yerləşdiyi kazarma binası da daxildir.
Ancaq kənddə sakinlər yoxdur. Salto de Kastro otuz ildən çoxdur ki, tərk edilib.
Sahibi kəndi 2000-ci illərin əvvəllərində, onu turistik məkana çevirmək niyyəti ilə alıb. Lakin avrozona böhranı planın çiçəklənməsinə mane olub.
Bundan əvvəl kəndi 6,5 milyon avroya satmaq cəhdi uğursuz olub. Lakin hazırkı elanın maraqla qarşılandığı deyilir. Bir həftə əvvəl kənd hazırkı qiymətə satışa qoyulduqdan sonra isə 50.000-dən çox ziyarətçinin maraqlandığı deyilir.
Qeyd edək ki, son illər başqa yerlərdə olduğu kimi, İspaniyada da daşınmaz əmlak bazarında qiymətlər artmaqda idi.
Hazırda 260.000 min avroya Madrid və ya Barselonada yalnız bir otaqlı mənzil almaq olar.