Bu ölkə Ukraynanı silahlarla təmin etmək niyyətində deyil

Bu ölkə Ukraynanı silahlarla təmin etmək niyyətində deyil

Cənubi Koreya Müdafiə Nazirliyi Seulun hələ də Ukraynaya qırıcı silahlar vermək niyyətində olmadığını bildirib.
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, Cənubi Koreya Müdafiə Nazirliyi bu barədə bəyənat verib:
 

“Cənubi Koreya hökumətinin Ukraynanı qırıcı silahlarla təmin etməmək siyasətində heç bir dəyişiklik yoxdur”- bəyənatda deyilir.


Qeyd edək ki, bundan əvvəl yerli “Wall Street Journal” adı açıqlanmayan mənbələrə istinadən Cənubi Koreyanın ilk dəfə ABŞ-a 100 min artilleriya mərmisi satmaq və sonra bu mərmiləri Ukraynaya çatdırmaq niyyətində olduğunu yazmışdı.
 

Cənubi Koreya Müdafiə Nazirliyi isə öz növbəsində cavab olaraq bildirib ki, mərmilərin son istifadəçisinin ABŞ-ı özü olması şərti ilə danışıqlar aparılır.
 

Xatırladaq ki, oktyabrın sonunda “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin Rusiyanın Koreya Respublikasının Ukraynaya silah və sursat tədarükü planlarından xəbərdar olduğunu və bunun Cənubi Koreya ilə münasibətləri pozacağını bildirmişdi.

 

Putin silahların Polşa vasitəsilə dolayı yolla çatdırılmasının nəzərdə tutulduğunu bildirmişdi.


Putin həmçinin Rusiyanın Şimali Koreya ilə bu sahədə əməkdaşlığı bərpa etsəydi Seulun xoşuna gəlib-gəlməyəcəyi barədə sual vermişdi. Cənubi Koreya prezidenti Yoon Sok-yeol isə öz növbəsində Ukraynaya istənilən yardımın Cənubi Koreyanın suverenliyi məsələsi adlandıraraq cavab verib.


Polşa və Cənubi Koreya iyul ayında “Hyundai Rotem”, “Hanwha Defence” və “Korea Aerospace Industries (KAI)” Cənubi Koreya şirkətləri çərçivəsində silah müqaviləsi imzalayıblar. Polşa Cənubi Koreyadan 1000 K2 tankı, 600-dən çox K9 özüyeriyən və üç eskadrilya FA-50 qırıcısı sifariş etdiyini bildirmişdi.


“Hanwha Defence” və “Hanwha Aerospace Chunmoo” çoxsaylı buraxılış raket sistemlərini təmin etmək üçün noyabrın 4-də Polşa ilə 3,55 milyard dollarlıq müqavilə imzalayıb.

 

Aysel


OXŞAR XƏBƏRLƏR