Çin Bayraktarı kopyaladı - Klon dron sərgidə nümayiş etdirildi
Çin sənayesi əksər hallarda “kopyalamırıq, borc alırıq” qaydasından ilhamlanır.
Türk pilotsuz təyyarələri bir sıra hərbi əməliyyatlar, eləcə də Ukraynadakı döyüşlərdə öz effektivliyini dünyaya sübut edib.
Sfera.az bildirir ki, Çjuhay şəhərində keçirilən beynəlxalq “Zhuhai Airshow 2022” sərgisində Çinin CETC şirkəti Bayraktar TB2 modelinin demək olar ki, tam vizual kopiyasını nümayiş etdirib.
Nüsxə o qədər oxşar görünür ki, ona baxdıqda təsadüfi oxşarlıq və ya dizayn dəyişikliyi fikirləri olmadığı açıq-aşkar görünür. Kopiya dronda çox cüzi fərqlər var: qanadın ucunun bir qədər fərqli xətti, eləcə də gövdədən yuxarı hissədə çıxarılan antenalar. Çin şirkətinin böyük mühəndis heyəti ilə dünyanın 20 ən böyük silah istehsalçısından biri olduğunu nəzərə alsaq, belə bir kopiyanı görmək təəccüblüdür.
Qeyd edək ki, orijinal Bayraktar TB2 Türk Silahlı Qüvvələrin xidmətindədir.
Vizual görünüşün surətinin çıxarılması dronun daxili proqram təminatı qədər vacib deyil. Onsuz da bu təyyarəni effektiv qırıcıya və kəşfiyyatçıya çevirmək o qədər də asan deyil. Bayraktarın Çin nüsxəsinin bu keyfiyyətləri haqqında isə hələlik heç nə demək mümkün deyil. Ancaq performansı və xüsusiyyətlərinin Bayraktar qədər olmadığı dəqiqdir.
Aynil