İranda kürd reper ölüm cəzasına məhkum edildi

İranda kürd reper ölüm cəzasına məhkum edildi

Kürd əsilli reper Saman Yasin İranın təhlükəsizlik qüvvələri tərəfindən evində zorakılıqla həbs olunduqdan üç həftə sonra edam cəzasına məhkum edilib.

 

Sfera.az xəbər verir ki, o, sosial şəbəkədə rejim əleyhinə nümayişlərə dəstək verdiyini yazdıqdan sonra Allaha qarşı müharibə aparmaqda ittiham olunub. Populyar sənətçinin həbsi onun azadlığa buraxılması üçün  petisiyaların yaradılmasına səbəb olub və tərəfdarları #FreeToomaj həştəqini paylaşıblar.

 

BMT-nin məlumatına görə, 22 yaşlı Məhsa Əmininin İran əxlaq polisi tərəfindən həbsdə öldürülməsinin ardından başlayan başlayan etiraz aksiyalarında uşaqlar da daxil olmaqla, təxminən 14,000 adam rejim tərəfindən saxlanılıb.

 

Xatırladaq ki, keçən həftə Məhsa Əmininin ölüm hekayəsini cəmiyyətə sızdırmağa kömək edən iki qadın jurnalist İran hakimiyyəti tərəfindən MKİ casusu kimi ittiham edilib və barələrində ölüm hökmü çıxarılıb.

 

İnci


OXŞAR XƏBƏRLƏR