Logo

“Etirazçıların rəhbərləri bu ölkələrdə hazırlanıb” – İranın daxili işlər naziri

“Etirazçıların rəhbərləri bu ölkələrdə hazırlanıb” – İranın daxili işlər naziri
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranın daxili işlər naziri Əhməd Vahidinin sözlərinə görə, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və bir sıra Avropa dövlətləri İranda iğtişaşları qızışdırmaqla məşğuldurlar.

Sfera.az xarici mediaya istinadən bildirir ki, o, həmin iğtişaşların rəhbərləri və təşkilatçılarının 8 ölkədə hazırlandığını deyib.

Gülüstan əyalətinin Qorqan şəhərində şiə və sünni ruhaniləri ilə söhbət edən nazir İranda vəziyyəti gərginləşdirmək üçün Səudiyyə Ərəbistanı və sionist rejimlə yanaşı Almaniya və İngiltərə kimi ölkələrin də açıq şəkildə qərargah yaratdığını deyib.

Onun sözlərinə görə, bu ölkələr İranın bəzi tayfalarına və etnik azlıqlarına üstünlük verirmiş kimi davranaraq, mövcud hadisələri “irqi münaqişələrə” çevirməyə cəhd ediblər.

"Düşmən bu hibrid müharibə və iğtişaşlara çoxlu pul xərcləsə də, planları iflasa uğradı. Onlar bu uğursuzluğun fərqində olsalar da, yenə də münaqişəni davam etdirməkdə israrlıdırlar", - deyə Ə.Vahidi vurğulayıb.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR