Dünyanın ən böyük dodaqlı qadını: “Həkimlər deyir ki, ölə bilərəm” - FOTO
Bolqarıstanda yaşayan və dünyanın ən böyük dodaqlı qadını kimi tanınan 25 yaşlı Andrea İvanova “Bratz” gəlinciklərinə bənzəmək üçün indiyədək 32 əməliyyat keçirib.
Sfera.az bildirir ki, fenomenin sözlərinə görə, həkimi dodaqları üçün daha çox əməliyyatın ölümcül olacağı barədə xəbərdarlıq edib.
Andreanın dodaqları o qədər böyüyüb ki, o, indi burun dəliklərini də bağlamaq üzrədir.
Buna baxmayaraq o, yeni dünya rekorduna sahib olmaq istədiyini bildirib:
“Dodaqlarımı sevirəm, amma daha bir yeni rekord istəyirəm. Bunun üçün iki həftədən bir əməliyyat olunacam. Aylıq iynələrlə dodaqlarımı qorumağa çalışıram. Həkimlər deyirlər ki, ölə bilərəm, amma dayanmayacağam”.
Sosial mediada 23 min izləyicisi olan qadın sinəsini də böyüdüb. Əməliyyatları üçün minlərlə funt-sterlinq xərclədikdən sonra Andrea nəinki özünə inam qazanıb, həm də “İnstaqram”da böyük fanat kütləsi qazanıb.
Türkan,
Sfera.az