“Gürcü, çeçen, fransız, hətta ərəblər...” – Roqov Ukraynada vuruşan əcnəbilərdən danışdı
Zaporojye vilayət administrasiyasının əsas şurasının üzvü, “Biz Rusiya iləyik" hərəkatının sədri Vladimir Roqov daha bir səs-küylü açıqlama verib.
Sfera.az bildirir ki, o, "Soloviev Live" kanalının efirində Ukraynada əcnəbi döyüşçülərin iştirak etdiyini iddia edib. Zaporojyedə olan mindən çox əcnəbi qırıcının Rusiya artilleriyasının aviazərbələri nəticəsində məhv edildiyini deyən Roqov fikirlərini bu cür davam etdirib:
“Ukraynada 34 dövlətin muzdluları hərbi əməliyyatlarda iştirak edir. Orada gürcü, çeçen, fransız, hətta ərəb də var. Ərəblər “Cəbhət ən-Nusra” (Əl-Qaidənin Suriya qolu) və “İŞİD” kimi terror təşkilatlarının üzvləridir”. Roqov həmçinin qeyd edib ki, Ukrayna Qərbin ona verdiyi zirehli qayıqlardan Dneprdən keçmək və sol sahilə qoşun çıxarmağa cəhd etmək üçün istifadə edə bilər:
"Bu zirehli qayıqlar açıq-aydın yükləri müşayiət etmək və insanları daşımaq üçün nəzərdə tutulmayıb. Onlar sol sahilə sürətlə keçmək və hərbi əməliyyatlara başlamaq üçündür”.
Qeyd edək ki, bundan əvvəl Roqov Zaporojyedə 7 mindən çox muzdlu əsgərin olduğunu demişdi.
Türkan