Putin ölümcül silahın sınağına göstəriş verdi: “Avropanı bir neçə dəqiqəyə...”
Rusiya Prezidenti Vladimir Putin bir neçə dəqiqə ərzində Avropanı məhv edə biləcək silahın sınaqdan keçirilməsi üçün təcili göstəriş verib.
Sfera.az xarici mediaya istinadən bildirir ki, ilin sonuna qədər “Satan-2” silahının sınaqdan keçirilərək müharibə inventarına daxil ediləcəyi gözlənilir.
Rusiyanın az qala 25 min km uzaqlıqdakı hədəfləri vura bilən RS-28 Sarmat raketi kimi tanınan ölümcül silahının Londonu dəqiqələr içində məhv edə biləcəyi təxmin edilir.
Rusiyalı siyasətçi Aleksey Juravlyov bundan əvvəl “Satan-2” hipersəs raketi ilə Britaniyanın bir neçə dəqiqəyə, Finlandiyanın isə cəmi on dəqiqəyə məhv ediləcəyi ilə hədələyib. Rusiya daha əvvəl 15 nüvə başlığı daşıya bilən bu ölümcül silahla güc nümayiş etdirərək çəkindirici mesajlar vermişdi.
Əzizə Zeynal