Si Cinpin Çin ordusuna əmr verdi: “Müharibəyə hazır olun”
Çin Prezidenti Si Cinpin ordunu müharibəyə hazır olmağa çağırıb.
Sfera.az xəbər verir ki, ölkəsininin artan münaqişələr fonunda qeyri-müəyyənliklərlə üzləşdiyini bildirən prezident ordunun döyüş qabiliyyətini artırmağın və müharibəyə hazır olmağın vacibliyini qeyd edib.
"CCTV" dövlət televiziyasının xəbərinə görə, Si Cinpin Çin Xalq Azadlıq Ordusunun (ÇXR) komanda qərargahı olan Mərkəzi Hərbi Komissiyanın (MAK) birgə əməliyyat mərkəzinə baş çəkib.
Çin ordusunun yeni dövrdə çətin və ağır bir vəzifə ilə üz-üzə qaldığını vurğulayan Si, “bütün silahlı qüvvələr tək və ən əsas meyar kimi döyüş qabiliyyətinə diqqət yetirməli və bütün işlərini bu məqsədə uyğun şəkildə həyata keçirməlidir. Müharibəyə hazırlaşmaq və qalib gəlmək bacarığına nail olmaq lazımdır”, - deyib.
Səfər zamanı hərbi kamuflyaj və çəkmələrlə görüntülənən prezident 2027-ci ilə qədər ordusunu dünyanın ən yüksək səviyyəli silahlı qüvvələrindən birinə çevirmək hədəfində olduğuna işarə edib.
İnci