“Zelenski ölkənin baş oliqarxı olmaq istəyir” - İTTİHAM

“Zelenski ölkənin baş oliqarxı olmaq istəyir” - İTTİHAM

“Ukrayna prezidenti Vladimir Zelenski ölkənin baş oliqarxı olmaq istəyir”.

 

Sfera.az bildirir ki, bunu “TASS”a açıqlamasında "Biz Rusiya iləyik" hərəkatının sədri Vladimir Roqov deyib. O, Zelenskinin məhz bu səbəbdən iri müəssisələri milliləşdirdiyini vurğulayıb:

 

“Zelenski Qərbin onun bütün hərəkətlərinə dəstək verdiyi üçün özünə inanır. Ona görə də o, digər oliqarxların aktivlərini ələ keçirməklə baş oliqarx olmaq qərarına gəlib. Rinat Axmetov və Viktor Pinçuk bir sıra səbəblərə görə hələlik toxunulmaz olaraq qalırlar. Ukrayna lideri təkcə “Motor Sich” şirkətinin prezidenti Vyaçeslav Boquslayev kimi zəifləmiş oliqarxlardan deyil, demək olar ki, heç bir siyasi rolu olmayan - İqor Kolomoyski, Gennadi Boqolyubov, Konstantin Jevaqo və Konstantin Qriqorişi kimi oliqarxlardan da qurtulmağa çalışır. Qeyd edim ki, Kolomoyski və Boqolyubov ABŞ-ın sanksiyaları altındadır, ona görə də “Ukrtatnafta” və “Ukrnafta”nı ələ keçirmək daha asandır”.

 

Roqovun fikrincə, şirkətlər müqavilələrini icra etməyə davam etsələr də, Zelenski və onun yaxın ətrafı qazanc əldə edəcəklər:

 

“Bu proses milliləşdirmə adlanır. Amma əslində Zelenskinin kvotasına əsasən menecerlər təyin olunur və onlar özünü Ukraynanın prezidenti adlandıran adama pul qazandırırlar”.

 

Qeyd edək ki, Ukraynanın Qiymətli Kağızlar və Fond Bazarı üzrə Milli Komissiyası daha əvvəl öz saytında “Ukrnafta”, “Ukrtatnafta”, “Motor Sich”, “AutoKrAZ” və “Zaporojtransformator” şirkətlərinin aktivlərinin dövlət tərəfindən müsadirə ediləcəyini bildirib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun sözlərinə görə, “Ukrnafta” və “Motor Sich” kimi strateji müəssisələr Müdafiə Nazirliyinin idarəçiliyinə verilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...